CƏMİYYƏT
MDB dövlətlərinin intellektual gəncləri İssık-Kulda toplaşacaq
Minsk, 31 may, AZƏRTAC
İssık-Kulda MDB gənc intellektuallarının “Müstəqil Dövlətlər Birliyində gənclərin beynəlxalq əməkdaşlığı sahəsində ortaq informasiya məkanının yaradılması” V Forumu keçiriləcək.
Birliyin İcraiyyə Komitəsindən AZƏRTAC-a bildirilib ki, MDB-də “Təhsil ili”nə həsr olunacaq forumun iyunun 22-dən 26-dək keçirilməsi nəzərdə tutulur.
Qırğızıstanda İssık-Kul gölü sahilində gənc intellektualların forumunun təşkili ənənəyə çevrilib. 2009-cu ildə keçirilmiş I Forum Çingiz Aytmatovun xatirəsinə həsr edilib.
V Forumda MDB iştirakçı dövlətləri, Gürcüstan və Baltika ölkələrinin gənclər təşkilatlarından beynəlxalq layihələrin həyata keçirilməsinə fəal cəlb olunan 100-dək nümayəndə iştirak edəcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:05]
Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub
- 19.04.2024 [17:53]