İQTİSADİYYAT


MDB gömrük qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib

A+ A

Bişkek, 7 iyul, AZƏRTAC 

Qırğızıstanın Çolpon-Ata şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Gömrük Xidməti Rəhbərləri Şurasının 63-cü iclası keçirilib.

Görüşdə MDB gömrük qurumları arasında əlaqələrin inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb, bundan əvvəl qəbul edilən bir sıra sənədlərə əlavə və düzəlişlər edilib.

İclasda MDB məkanında azad iqtisadi zonaların yaradılması ilə əlaqədar saziş də ətraflı müzakirə olunaraq müvafiq qərar qəbul olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.