SİYASƏT


MDB: hərbi təyinatlı peyk rabitə sistemlərindən istifadə edilməsini tənzimləyən sənəd razılaşdırlıb

A+ A

Minsk, 7 sentyabr, AZƏRTAC

Belarus paytaxtında MDB-nin İcraiyyə Komitəsində Hərbi təyinatlı peyk rabitə sistemlərindən istifadə edilməsi və bu sistemlərin daha da təkmilləşdirilməsi haqqında Saziş layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.

İclas iştirakçıları sənədin layihəsini razılaşdırıb və İcraiyyə Komitəsinə onun müəyyən olunmuş qaydada MDB Hökumət Başçıları Şurasının müzakirəsinə təqdim olunmasını təklif ediblər.

Saziş layihəsində qeyd edilir ki, hərbi təyinatlı peyk rabitə sistemlərindən istifadə edilməsi və bu sistemlərin daha da təkmilləşdirilməsi silahlı qüvvələrin idarə edilməsinin etibarlığını artırmaq və onlar arasında qarşılıqlı fəaliyyətin təşkil edilməsi məqsədilə həyata keçiriləcək.

MDB iştirakçıları olan dövlətlərin inteqrasiya edilmiş hərbi təyinatlı peyk rabitə sistemini onun milli seqmentləri əsasında yaratmaq nəzərdə tutulur. Bu sistemin yaradılmasına yanaşmaların vahidliyini təmin etmək üçün onun texniki xarakteristikalarına dair tələblərin işlənib hazırlanması üzrə baş təşkilat kimi RF Müdafiə Nazirliyi Sazişin iştirakçıları olan dövlətlərin müdafiə nazirliklərinə hərbi təyinatlı peyk rabitə sisteminin milli seqmentlərinin xarakteristikalarının birgəliyini təmin edən layihə və istismar sənədlərinin işlənib hazırlanması məsələlərində kömək edəcəkdir.

Tərəflər vahid texniki siyasət yeridilməsi üçün hərbi təyinatlı peyk rabitə sistemlərinin təşkilati-texniki strukturunda planlaşdırılan dəyişikliklər barədə bir-birinə vaxtında məlumat verəcək, onların təkmilləşdirilməsi və inkişaf etdirilməsi üzrə tədbirlər görəcəklər.

Sazişin reallaşdırılması üzrə fəaliyyətin əlaqələndirilməsini MDB iştirakçıları olan dövlətlərin Müdafiə Nazirləri Şurasına həvalə etmək planlaşdırılır.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.