REGİONLAR


MDB-nin Mədəniyyət Paytaxtı seçilən Gəncədə layihənin açılış mərasimi parlaq səhnələrlə yadda qalıb - FOTOREPORTAJ

Gəncə, 18 mart, Rauf Hacıyev, AZƏRTAC

Xəbər verdiyimiz kimi, bu gün Müstəqil Dövlətlər Birliyinin 2017-ci il üçün Mədəniyyət Paytaxtı seçilən Gəncədə layihənin açılış mərasimi keçirilir.

Tədbirlərdə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, eləcə də digər yerli və xarici qonaqlar iştirak edirlər.

Qonaqlar Heydər Əliyev Park Kompleksində təşkil olunan ümumşəhər tədbirinə qatılıb, Zəfər tağından başlayaraq Heydər Əliyev Mərkəzinin yerləşdiyi binaya qədər xiyabanda quraşdırılan pavilyonlarda Gəncənin çoxəsrlik tarixini, zəngin mədəniyyətini özündə əks etdirən el sənətkarlığı nümunələri ilə tanış olublar.

Mərasimlərdə daha çox Novruz bayramının atributlarına üstünlük verilib. Gəncədə fəaliyyət göstərən teatrlar, incəsənət və yaradıcılıq mərkəzləri, eləcə də folklor və musiqi kollektivləri səhnələşdirilmiş musiqi proqramı ilə çıxış ediblər.

Beləliklə, 2017-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı seçilən Gəncədə layihənin açılışına həsr olunmuş mərasim qonaqlarda zəngin təəssürat yaradıb, parlaq səhnələrlə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.