İQTİSADİYYAT


MDB-nin TOP-200 reytinqində Azərbaycanın 7 bankı qərarlaşıb

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

"RİA Reytinq" agentliyi MDB banklarının TOP-200 hesabatını təqdim edib.

AZƏRTAC "Sputnik-Georgia"ya istinadla xəbər verir ki, MDB ölkələrinin təxminən 1000 bankından 200 ən böyük bankı Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın payına düşüb. MDB ölkələrinin aparıcı 200 kommersiya bankının reytinq sıralamasında Azərbaycanın 7 bankı yer alıb. Belə ki, reytinq cədvəlində "Bank Respublika" ASC 196-cı, "Unibank" ASC 171-ci, "Accessbank" QSC 155-ci, "Xalq Bank" ASC 128-ci, "Kapital Bank" ASC 108-ci, "PAŞA Bank" ASC 97-ci, "Azərbaycan Beynəlxalq Bankı" 20-ci yerdə qərarlaşıb.

Reytinq üçün məlumatlar bankların kütləvi maliyyə hesabatlarından, statistik bülletenlərdən və MDB ölkələrinin digər mərkəzi banklarının nəşrlərindən götürülüb. "RİA Reytinq" ekspertlərinin sözlərinə görə, mənfi dinamika bir çox hallarda milli valyutaların zəifləməsi ilə bağlı olub, ilk növbədə rublun.

"RİA Reytinq"in ТОP-200-nə düşən bankların geniş siyahısı www.riarating.ru saytında dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.