SİYASƏT


MDB-nin qərargahında korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə edilib

Minsk, 19 yanvar, AZƏRTAC

Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq Konsepsiyası layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun əlavə iclası keçirilib. Bu barədə AZƏRTAC-a təşkilatın Minskdəki qərargahından məlumat veriblər.

İclas iştirakçıları dövlətdaxili razılaşdırma gedişində daxil olmuş irad və təklifləri nəzərə almaqla, sənədi tamamlayıb və razılaşdırıblar.

Ekspert qrupunun iclasının materialları Birliyin iştirakçısı olan ölkələrə göndəriləcək, Konsepsiya layihəsi isə müəyyən olunmuş qaydada baxılması üçün MDB Dövlət Başçıları Şurasına təqdim ediləcək.

Cinayətkarlığa qarşı birgə mübarizə tədbirləri üzrə 2014-2018-ci illər üçün Dövlətlərarası Proqrama müvafiq işlənib hazırlanmış MDB ölkələrinin korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq Konsepsiyası bu sahədə qarşılıqlı fəaliyyətin hüquqi və təşkilati əsaslarının inkişafına yönəlib. Konsepsiyada qarşılıqlı fəaliyyətin prinsipləri, vəzifələri, əsas istiqamətləri və formaları müəyyən edilib.

Konsepsiyanın müddəaları MDB çərçivəsində beynəlxalq müqavilələrin, habelə korrupsiyaya qarşı mübarizə sahəsində dövlətlərarası proqramların işlənib hazırlanmasının əsası olacaq.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.