SİYASƏT


MDB-nin qərargahında terrorizm və ekstremizm əleyhinə mübarizə məsələləri müzakirə ediləcək

A+ A

Minsk, 2 dekabr, AZƏRTAC

Dekabrın 6-7-də Minskdə, MDB-nin İcraiyyə Komitəsində terrorizm və ekstremizmin digər zorakı təzahürləri, eləcə də onların maliyyələşdirilməsi əleyhinə mübarizə sahəsində informasiya mübadiləsi haqqında saziş layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a MDB-nin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.

Sazişin müddəalarında təmənnasız məlumat mübadiləsi, informasiya sistemlərinin, o cümlədən dövlətlərarası informasiya sistemlərinin hüquqi rejiminin icrasının təmin edilməsi, həmçinin məxfi məlumatların müvafiq mühafizəsi nəzərdə tutulur. İnformasiya mübadiləsi səlahiyyətli orqanlar vasitəsilə həyata keçiriləcək.

Gözlənildiyinə görə, MDB-nin iştirakçısı olan dövlətlərin Antiterror Mərkəzinin İxtisaslaşmış Məlumat Bankı terrorizm və ekstremizmin digər zorakı təzahürləri, eləcə də onların maliyyələşdirilməsi əleyhinə mübarizədə dövlətlərarası informasiya sistemi olacaq.

İxtisaslaşmış Məlumat Bankının formalaşması, işə salınması və fəaliyyət göstərməsi üzrə tədbirlərin əlaqələndirilməsi və zəruri məsləhətləşmələrin (danışıqların) aparılması MDB-nin Antiterror Mərkəzinə tapşırılacaq. Birliyin informasiya sistemlərinin formalaşmasına və istifadəsinə məsuliyyət daşıyan səlahiyyətli orqanları ilə birbaşa əlaqələri məhz bu mərkəz quracaq.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.