SİYASƏT


MDB ölkələri başçılarının Bəyanatının layihəsi razılaşdırılıb

A+ A

Minsk, 21 iyul, AZƏRTAC

İyulun 20-də Minskdə, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin başçılarının qurumun 25 illiyi ilə əlaqədar Bəyanatının layihəsinə üzv ölkələrin irad və təkliflərinin nəzərdən keçirilməsi üzrə ekspert qrupunun əlavə iclası keçirilib. Bu barədə AZƏRTAC-a MDB-nin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat veriblər.

Ekspertlər MDB-nin iştirakçısı olan dövlətlərin layihə ilə bağlı irad və təkliflərini nəzərə alaraq, Bəyanatın layihəsini tamamlayıb və razılaşdırıblar. İcraiyyə Komitəsinə təklif olunub ki, növbəti iclasında baxılması üçün sənədi müəyyən edilmiş qaydada MDB Dövlət Başçıları Şurasına təqdim etsin.

Ekspert qrupunun iclasının materialları Birlik ölkələrinə göndəriləcək.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.