SİYASƏT


MDB ölkələrində mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri gündəmə gəlir

A+ A

Minsk, 13 noyabr, AZƏRTAC

Noyabrın 15-17-də MDB İcraiyyə Komitəsində Rusiya Federasiyası Hökuməti və Müstəqil Dövlətlər Birliyi arasında qurumun üzvü olan ölkələrin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun Rusiya Federasiyası ərazisində olması şərtləri barədə Sazişin razılaşdılması üzrə ekspert qrupunun iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a MDB qərargahının mətbuat xidmətindən məlumat verilib.

Bundan əlavə, ekspertlər MDB ölkələri Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə, habelə MDB üzvü olan ölkələrin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun Əsasnaməsinə əlavə və düzəlişlər edilməsi barədə qərar layihələrini müzakirə edəcəklər.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.