İQTİSADİYYAT


MDB ölkələrində vergi yoxlamaları orqanları üçün kadrlar Nijni Novqorodda hazırlanacaq

A+ A

Minsk, 28 iyul, AZƏRTAC 

İyulun 27-28-də Belarusun paytaxtında MDB İcraiyyə Komitəsində Birliyin iştirakçı dövlətlərinin vergi (maliyyə) yoxlamaları orqanları üçün kadrların hazırlanması və təkmilləşdirilməsi üzrə baza təşkilatı haqqında Əsasnamənin təsdiq edilməsi barədə MDB Hökumət Başçıları Şurasının (HBŞ) qərar layihəsinin razılaşdırılmasına dair ekspert qrupunun iclası keçirilib.

Bu məlumat AZƏRTAC-a təşkilatın Minskdəki qərargahından verilib.

İclas iştirakçıları qeyd və təklifləri nəzərə alaraq qərar layihəsini tamamlayıb və razılaşdırıblar. Sənədə müvafiq olaraq baza təşkilatı statusu “Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Nijni Novqorod Akademiyası”na verilir.

Sənəd layihəsi dövlətdaxili razılaşdırmadan sonra baxılmaq üçün MDB HBŞ-yə təqdim ediləcək.

Baza təşkilatı haqqında Əsasnamə layihəsində onun əsas vəzifələri, fəaliyyət istiqamətləri, işin təşkili və fəaliyyətin maliyyə təminatı müəyyənləşdirilib.

Gözlənilir ki, baza təşkilatı vergi (maliyyə) yoxlamaları orqanları üçün kadr hazırlanması və təkmilləşdirilməsi ilə yanaşı, bu prosesin elmi, tədris-metodiki və informasiya təminatını da həyata keçirəcək. Təşkilat, həmçinin Birliyin ölkələrinə iqtisadi cinayətkarlığa qarşı mübarizənin əsas istiqamətləri üzrə elmi fəaliyyətdə, MDB iştirakçı dövlətlərinin müvafiq ali təhsil müəssisələrinin qarşılıqlı əlaqəsinə, təhsil prosesində müasir, innovativ metodların və hazırlıq formalarının tətbiq olunmasına kömək etməlidir.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.