SİYASƏT


MDB ölkələrinin baş prokurorları Minskdə toplaşacaq

A+ A

Minsk, 26 avqust, AZƏRTAC

MDB ölkələri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası sentyabrın 6-da Minskdə keçiriləcək. AZƏRTAC BELTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə məlumatı Belarusun baş prokuroru Aleksandr Konyuk verib.

O deyib: “MDB ölkələri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında əsas mövzu xarici debitor borcların qaytarılması olacaq. Rusiya və Qazaxıstan əsas tərəfdaşlarımızdır və müəssisələrimizin kontragentlərinin böyük hissəsi bu ölkələrdədir. Bu, iclasda başlıca məsələlərdən biri olacaq”.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.