Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

MDB ölkələrinin ticarət əlaqələrində problemləri aradan qaldırmaq üçün Saziş layihəsi hazırlanıb

Bakı, 30 may, Elvira Məmmədova, AZƏRTAC

MDB ölkələrində qarşılıqlı ticarət əlaqələrində problemlər mövcuddur. Ölkə bazarlarına üzv ölkələrin məhsullarının çıxarılmasında texniki maneələr var. Bunun səbəbi məhsullara dair texniki tələblərdə və uyğunluğun qiymətləndirilməsi prosedurlarında olan fərqlərdir. Problemləri aradan qaldırmaq üçün hazırlanan Saziş layihəsində üzv ölkələrdə uyğunluğun qiymətləndirilməsi prosedurlarının, ixrac məhsullarına verilmiş sertifikatların tanınması, milli akkreditasiya sistemləri çərçivəsində qayda və prosedurların ekvivalentliyinin tətbiqi və vahid ölçmələrin təminatı sahəsində razılaşdırılmış siyasətin aparılması əks olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər mayın 30-da Bakıda işə başlayan MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının yaranmasının 25 illiyinə həsr olunan “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahələrində 25 il razılaşdırılmış siyasətin aparılması” mövzusunda beynəlxalq konfransda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq -alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Tədbirdə MDB ölkələrinin standartlaşdırma üzrə qurumlarının rəhbər şəxsləri ilə yanaşı, bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Konfransda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, həmçinin Dövlətlərarası Şuranın sədri Ramiz Həsənov bildirib ki, təşkilatın 25 illik yubileyinin Bakı şəhərində keçirilməsi heç də təsadüfi deyil. Son illər ölkəmizin dünyada artan nüfuzu, bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, xalqımızın qonaqpərvərliyi və digər milli keyfiyyətlər xarici təşkilatların diqqətini cəlb edir.

MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının yubiley iclasında 14 ölkədən, 10 beynəlxalq və regional təşkilatdan 100-dək qonağın iştirak etdiyini deyən Ramiz Həsənov tədbirin əhəmiyyəti haqqında danışıb. Qeyd edib ki, MDB-nin dövlətlərarası münasibətlər modelində iqtisadi əməkdaşlıq, həmçinin sənayenin inkişafı və ticari-iqtisadi əlaqələrin yaranması 25 il əvvəl imzalanmış standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətə dair Sazişlə bağlıdır. Bu sazişin icrasının effektivliyini artırmaq məqsədilə Dövlətlərarası Şura təsis edilib. Hazırda rəqabətqabiliyyətli məhsul və xidmətlərin yaradılması, bununla da dövlətin iqtisadi potensialının, həmçinin həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə MDB-yə üzv ölkələr üçün texniki tənzimləmə, standartlaşdırma, ölçmələrin vəhdətinin təmin edilməsi, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya vacib alət rolunu oynayır. Bu məqsədə çatmaq üçün 25 il ərzində Şuranın 50 iclası keçirilib, mühüm nailiyyətlər qazanılıb.

Komitə sədri məlumat verib ki, 25 il ərzində Şura tərəfindən standartlaşdırma üzrə 14 mindən çox sənəd qəbul olunub ki, onlardan 7408 dövlətlərarası standart beynəlxalq və Avropa standartları ilə uyğunlaşdırılıb. Təkcə 2016-cı ildə 1067 standart qəbul edilib. Hazırda Dövlətlərarası Şuranın fondunda 25 min 364 standart var. Dövlətlərarası Şuranın fəaliyyətinin əsas istiqamətləri standartlaşdırma sahəsində normativ sənədlərin işlənməsi, dövlətlərarası standartlar fondunun idarə olunması, etalon bazasının inkişafı və ölçü vahidlərinin ötürülməsi, dövlətlərarası vaxt və tezlik xidmətinin göstərilməsi, akkreditasiya olunmuş sınaq, kalibrləmə və etalon laboratoriyaların, sertifikatlaşdırma orqanlarının, məhsulların və keyfiyyətin idarə edilməsi sistemlərinin sertifikatlarının tanınmasını təmin etməkdir.

R.Həsənov diqqətə çatdırıb ki, Dövlətlərarası Şura çərçivəsində milli orqanların təqdim etdikləri informasiyalar toplanaraq etalonların bazası hazırlanır. Bu MDB ölkələrinə ölçmələrin dəqiqliyinin təmin edilməsi və etalonlardan ölçmələrin ötürülməsi işinə yardım edəcək.

MDB ölkələrində istehsal olunan məhsulların böyük əksəriyyətinin satışa çıxmazdan öncə təhlükəsizlik tələbləri üzrə uyğunluğun qiymətləndirilməsi prosedurlarından keçdiyini deyən Dövlətlərarası Şuranın sədri qeyd edib ki, texnologiyaların sürətli inkişafı, iqtisadiyyatın və sənayenin inteqrasiyası, həmçinin beynəlxalq ticarət səviyyəsinin artması bu sahənin də harmonizasiyasını aktuallaşdırır. Dünya üzrə vahid tələblərin qəbulu ticarətdə texniki maneələrin aradan qaldırılmasına yardım edir. Bu məqsədlə dövlətlər uyğunluğun qiymətləndirilməsi sahəsi, informasiya mübadiləsi və sistemlərin qarşılıqlı tanınması ilə bağlı vahid standartların hazırlanmasında maraqlıdır.

R.Həsənov MDB ölkələrində qarşılıqlı ticarət əlaqələrində mövcud problemlərdən və onların aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.

Komitə sədri, həmçinin keyfiyyət infrastrukturu sahələrinin Azərbaycanda inkişaf dinamikası haqqında da məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli Fərmanına əsasən, beynəlxalq tələblərə uyğun olaraq, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi və Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxsləri təsis edilib. Standartlaşdırma İnstitutu və Akkreditasiya Mərkəzinə milli orqan statusu verilib. Hazırda Azərbaycanda akkreditasiya prosedurlarının beynəlxalq tanınmasına nail olmaq üçün Avropa Akkreditasiya Təşkilatına üzvlüklə bağlı işlər görülür. Təşkilatın Baş Assambleyasının Sloveniyada keçirilmiş son iclasında Azərbaycan Akkreditasiya Mərkəzinin noyabrda quruma assosiativ üzv qəbul edilməsi ilə bağlı razılıq əldə olunub. Akkreditasiya sahəsinin gücləndirilməsi ilə bağlı Avropa İttifaqının bu yaxınlarda başlayacaq “Tvinninq” layihəsinin nəticəsində Azərbaycan Avropa Akkreditasiya Təşkilatında tamhüquqlu üzvlüyünü təmin edəcək. Bu isə yerli məhsulların Avropa bazarına texniki maneə olmadan ixrac imkanlarını genişləndirəcək, burada verilmiş sertifikatlar, sınaq və kalibrləmə sənədlərin beynəlxalq tanınması təmin ediləcək.

Sonra Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan nümayəndələri “MDB-də iqtisadi inteqrasiyaya nail olmaq üçün dövlətlərarası standartlaşdırmanın inkişafı və təkmilləşdirilməsi”, “MDB-yə üzv ölkələrin ticarətində texniki baryerlər və onların dəf olunma yolları”, “Qarşılıqlı ticarətdə ölçmələr və metroloji xidmətlər vasitəsilə texniki maneələrin aradan qaldırılması”, “Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi sisteminin beynəlxalq normalarla harmonizasiyası” mövzularında çıxış edib, təmsil etdikləri təşkilatların fəaliyyətindən danışıblar.

Konfransda MDB İcraiyyə Komitəsinin iqtisadi əməkdaşlıq departamentinin elmi-texniki əməkdaşlıq və innovasiya şöbəsinin müdiri Timur Mansurov, Avrasiya İqtisadi Komissiyanın texniki tənzimləmə məsələləri üzrə kollegiyasının üzvü Valeriy Kareşkov, Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Akademiyasının direktoru Daniele Qerundino, Beynəlxalq Elektrotexnika Komissiyasının (IEC) vitse-prezidenti Ulrix Şpindler, Elektrotexnikanın Standartlaşdırılması üzrə Avropa Komitəsinin (CENELEC) prezidenti Tiis Bernard, Britaniya Standartlar İnstitutunun beynəlxalq layihələr şöbəsinin müdiri Vladimir Yakubov keyfiyyət infrastrukturunun inkişafı ilə bağlı mövcud beynəlxalq təcrübə haqqında çıxış ediblər.

Üç gün davam edəcək tədbirdə MDB ölkələri arasında ticari əlaqələrin genişləndirilməsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, texniki tənzimləmə, standartlaşdırma, akkreditasiya sahələrində qarşılıqlı tanınmanın təminatının gücləndirilməsi və digər mövzularda müzakirələr aparılacaq.

Mayın 31-də və iyunun 1-də isə Dövlətlərarası Şuranın 51-ci iclası keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır