SİYASƏT


MDB və Aİ-nin statistik açıqlaması dərc edilib

A+ A

Minsk, 4 iyul, AZƏRTAC 

Avropa İttifaqı (Aİ) Statistika Bürosu və MDB Dövlətlərarası Statistika Komitəsi birgə açıqlama hazırlayıb. Məlumatda Aİ və MDB ölkələrinin inkişafını səciyyələndirən, onların müqayisəli təhlili, iqtisadi və sosial sahələrdə gələcək əməkdaşlığı üçün əsas verən sosial-iqtisadi göstəriciləri əhatə edir.

MDB-nin Minskdəki İcraiyyə komitəsindən AZƏRTAC-a bildirilib ki, sənəd bu iki təşkilatın statistik məlumat bazasından istifadə edilməklə hazırlanıb. Məlumat elə hazırlanıb ki, əhali və əmək şəraiti, yaşlı əhalinin yaşayış səviyyəsi, pensiya təminatı, iqtisadiyyat, sənaye və beynəlxalq ticarət kimi göstəricilər üzrə hər iki regionu müqayisə etmək olar.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.