İQTİSADİYYAT
“MDB və Aİ ölkələrinin xarici ticarəti 2012-2015-ci illərdə” adlı qısa statistik məcmuə nəşr edilib
Minsk, 16 avqust, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “MDB və Aİ ölkələrinin xarici ticarəti 2012-2015-ci illərdə” adlı qısa statistik məcmuə (rus və ingilis dillərində) nəşr edilib.
Məcmuədə 2012-2015-ci illərdə Müstəqil Dövlətlər Birliyi və Avropa İttifaqı ölkələrinin xarici ticarətini səciyyələndirən statistik məlumatlar əks olunub.
Nəşr rəsmi şəxslər, menecerlər, elmi-tədqiqat təşkilatlarının əməkdaşları, iqtisadçılar və statistika mütəxəssisləri, habelə MDB və Aİ ölkələrinin xarici ticarət problemləri ilə maraqlanan hər kəs üçün nəzərdə tutulur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk