Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclası Azərbaycanda keçiriləcək

Bakı, 16 sentyabr, AZƏRTAC

MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının Azərbaycan Respublikasında keçirilməsi qərara alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qərar sentyabrın 15-də Belarus Respublikasının paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 64-cü iclası zamanı qəbul edilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

İclasda “Dəmir yolu nəqliyyatı ilə daşınan malların gömrük rəsmiləşdirilməsi və nəzarəti zamanı MDB-yə üzv dövlətlərin gömrük orqanları və dəmir yolu administrasiyalarının qarşılıqlı fəaliyyətinə dair nümunəvi texnologiya” və “MDB-yə üzv dövlətlərin gömrük orqanlarının informasiya sistemlərinin və resurslarının informasiya təhlükəsizliyinə dair nümunəvi tələblər” layihələri haqqında, eləcə də Müstəqil Dövlətlər Birliyinin Xarici İqtisadi Fəaliyyətinin Vahid Mal Nomenklaturasına dəyişikliklər edilməsi barədə qərarlar qəbul olunub.

Bundan başqa, CENcomm RİLO-Moskva əməliyyat platformasının kanallarından istifadə etməklə həyata keçirilən fasiləsiz işləyən əlaqə məntəqələrinin qarşılıqlı informasiya fəaliyyətinə dair Reqlament təsdiq edilib.

İclasda MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının, eyni zamanda, Şuranın Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 2017-ci il üçün iş planları təsdiqlənib, Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistemin 6-cı nəşrinin rus dilindəki variantına dəyişikliklər edilməsinə dair qərar qəbul edilib.

Qeyd edək ki, iclasda Azərbaycan nümayəndə heyəti “BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” 1975-ci il tarixli Gömrük Konvensiyasına dəyişikliklərin edilməsinə dair qərarı imzalamayıb.

İclas zamanı Rusiya Federal Gömrük Xidmətinin gömrük əməkdaşlığı idarəsi rəisinin birinci müavini Yevgeniy Kozırev MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının katibi, Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdov isə Şuranın Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri təyin olunublar.

Sonda MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının Azərbaycan Respublikasında keçirilməsi qərara alınıb.

Onu da bildirək ki, sentyabrın 15-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 64-cü iclasının iştirakçılarını qəbul edib.

Görüşdə qaçaqmalçılıq hallarına, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə gömrük xidmətlərinin roluna toxunulub, gömrük işində əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi barədə müzakirələr aparılıb. Belarus Prezidenti ölkə sərhədlərində infrastrukturun inkişaf etdirilməsi, təhlükəsizliyin təmin olunması və malların maneəsiz daşınması istiqamətində həyata keçirilən proqramlardan bəhs edib.

Öz növbəsində, görüşdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycanla Belarus arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin bundan sonra da müsbət məcrada inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib. Azərbaycanın Belarusla gömrük sferasında da qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran nümayəndə heyətinin rəhbəri bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının və inteqrasiyasının vacibliyini bildirib, tranzit potensialının artırılması sahəsində gömrük xidmətlərinin qarşılıqlı fəaliyyətinin zəruriliyini vurğulayıb, eyni zamanda Belarus Respublikası Dövlət Gömrük Komitəsi rəhbərinin Azərbaycana rəsmi səfərə dəvət olunduğunu diqqətə çatdırıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusda logistik xidmət göstərən “Beltamojservis” unitar müəssisəsinə baş çəkib, göstərilən xidmətlərlə, xüsusilə idxal-ixrac əməliyyatlarının elektron qaydada rəsmiləşdirilməsi prosesi ilə yaxından tanış olub.

Qeyd edək ki, iclas çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra dövlətlərin gömrük xidməti rəhbərləri ilə ikitərəfli görüşlər də keçirib.

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinlə görüşdə iki qonşu ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açılıb. Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.

Bundan başqa, Azərbaycan tərəfi Belarus, Tacikistan və Latviya gömrük xidmətlərinin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib, qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev səfər çərçivəsində Belarus Respublikasının aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə Belarus və Azərbaycan gömrük xidmətləri arasında qarşılıqlı məlumat mübadiləsi, qaçaqmalçılıq hallarına, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə fəaliyyətin təşkili və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində görülən işlərdən bəhs edib.

İclas çərçivəsində Belarus Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi ilə bağlı tədbirlərdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub