Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

MİLLİ OLİMPİYA KOMİTƏSİNDƏ GÖRÜŞ

Oktyabrın 11-də Milli Olimpiya Komitəsinin Prezidenti, Milli Məclisin deputatı İlham Əliyev MOK-un inzibati binasında Azərbaycan Milli Olimpiya Komitəsinin 10 illiyi münasibətilə təntənələrdə iştirak etmək üçün respublikamıza gəlmiş qonaqlarla görüşmüşdür. 

İlham Əliyev qonaqları səmimiyyətlə salamlayaraq, Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnova, Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Aleksandr Kozlovskiyə, Rusiya, Türkiyə, Moldova, Litva, Belarus, Gürcüstan milli olimpiya komitələrinin nümayəndələrinə MOK-un 10 illiyinə həsr olunmuş təntənələrdə iştirak etmək üçün Azərbaycana gəldiklərinə görə təşəkkür etdi. İlham Əliyev MOK-un yaradılması tarixindən danışaraq bildirdi ki, Azərbaycan MOK digər keçmiş SSRİ respublikalarındakı qurumlarla eyni tarixə malikdir. Sovet İttifaqı dövründə idman hərəkatında yaradılmış potensial saxlanılmış və çoxaldılmışdır. Müxtəlif respublikaların nümayəndələri beynəlxalq yarışlarda bir-birinin qələbələrinə sevinirlər.

MOK-un Prezidenti Azərbaycanın böyük dostu, ötən illərdə də, indi də ölkəmizdə idmanın inkişafına kömək edən BOK-un vitse-prezidenti Vitali Smirnovun Bakıya gəlməsini xüsusi vurğuladı.

İlham Əliyev digər ölkələrin milli olimpiya komitələri ilə əməkdaşlıqdan danışaraq dedi ki, bu qurumların əsas vəzifəsi öz ölkələrində təkcə peşəkar idmanı deyil, həm də uşaq və gənclər idmanını da inkişaf etdirməkdir ki, gənclərimiz fiziki cəhətdən sağlam böyüsünlər.

Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnov səmimi qəbula görə İlham Əliyevə təşəkkür edərək dedi: Həyatım elə gətirmişdir ki, 1962-ci ildə azərbaycanlılarla ilk tanışlığımdan sonra mən Azərbaycanda 50 dəfədən çox olmuşam. Azərbaycanda elə bir yer, elə bir rayon yoxdur ki, orada olmayım. Mən həm də ovçuyam və Şəkidə, Zaqatalada olmuşam. Biz azərbaycanlı dostlarımızla birlikdə burada “Kür” olimpiya bazası yaratmışdıq. Ona görə də deməyə əsasım var ki, mən Azərbaycanı yaxşı tanıyıram. Qeyd etmək istəyirəm ki, mən Azərbaycan MOK-un işi ilə tanışlıqdan sonra əmin oldum ki, son illər, həqiqətən, çox işlər görülmüşdür. Fəxr edirəm ki, milli olimpiya komitələri inkişafdadır, fəaliyyət göstərirlər. Biz hamımız birlikdə olimpiya komitələrinin müstəqilliyini qoruya bildik, çünki hər şeyi yenə də dövlətə tabe etməyə cəhdlər olmuşdur. Biz bu fikirdəyik ki, dövlət sistemi var, ictimai sistemlər var. Əgər dövlət sistemi ictimai sistemin etdiyini edə bilmirsə, onda nə üçün biri digərinə maneçilik törətməlidir? Biz sivilizasiyalı yaşamalı və daş dövrünə qayıtmağa can atmamalıyıq.

Burada, Azərbaycanda, onun rayonlarında olimpiya mərkəzləri yaradılması yaxşı haldır. Dünən mənə dedilər ki, Şəkidə də yeni mərkəz əslində hazırdır və onu Azərbaycan Prezidenti Heydər Əliyev açacaqdır. Mən xüsusi vurğulamaq istəyirəm ki, Heydər Əliyev keçmiş sovet dövlətinin də, respublikanın da görkəmli xadimidir, ona böyük hörmətim var və zənnimcə, gənclər və idmançılar üçün çox işlər görmüşdür.

Milli Olimpiya Komitəsinin inzibati binası və burada yaradılmış iş şəraiti bizi heyran etməyə bilməz. Sizi bir daha təbrik etmək istərdim. Ölkəniz artıq 4 dəfə - iki qış və iki yay Olimpiya oyunlarında müstəqil və uğurla çıxış etmişdir. Axırıncı Oyunlarda, Sidney Olimpiadasında isə böyük uğurlara nail olmuş, iki qızıl, bir bürünc medal qazanmısınız. Bu, görkəmli nailiyyətdir. Özü də, idmanın güləş və stend atıcılığı kimi növlərində.

Milli Olimpiya Komitəsinin prezidenti kimi şəxsən sizin gördüyünüz bütün işlərə görə Beynəlxalq Olimpiya Komitəsi adından və dostlarım adından sizə bir daha çox sağ olun demək istəyirəm və Azərbaycan idmançılarına yeni böyük uğurlar arzulayıram.

 

İlham Əliyev xoş sözlərə görə Vitali Smirnova təşəkkür edərək dedi ki, idman hərəkatının görkəmli xadiminin, bütün ömrü idmanla bağlı olan insanın verdiyi qiymət bizim üçün vacibdir. Biz idmançıların normal məşğul ola bilməsi üçün həqiqətən hər cür şərait yaratmağa çalışırıq. Biz Azərbaycanda idmanın kütləviliyinin bərpa edilməsinə, idmanla məşğuliyyətin cəlbedici, nüfuzlu olmasına nail olmaq istəyirik. Ona görə də biz idmanın təbliğində, idmançının nüfuzunun yüksəlməsində böyük rol oynadıqlarına görə kütləvi informasiya vasitələrimizə də minnətdar olmalıyıq. Sidney Olimpiya oyunlarından sonra bizdə gənclərin idman bölmələrinə böyük axını başlandı. Yəni idmançı olmaq şərəfli bir peşə olmuşdur.

MOK-un prezidenti İlham Əliyev Türkiyə Olimpiya Komitəsinin baş katibi Toqay Bayatlını da salamlayaraq, iki ölkənin milli olimpiya komitələri arasındakı münasibətlərə yüksək qiymət verdi və bildirdi ki, beynəlxalq turnirlərdə ölkələrimizin idmançıları görüşür və bir-birlərinin qələbələrinə sevinirlər.

Sonra Bolqarıstan Olimpiya Komitəsinin baş katibi Beltço İvanov Bolqarıstan Olimpiya Komitəsinin yüksək mükafatını – “Sülh və olimpizm” medalını, Litva Olimpiya Fondunun rəhbəri Aldimantas Qudişkis Litva Milli Olimpiya Komitəsinin ulduzunu İlham Əliyevə təqdim etdilər. Gürcüstan, Belarus və Moldova nümayəndə heyətlərinin rəhbərləri də Azərbaycan MOK-un prezidentinə xatirə hədiyyələri təqdim etdilər.

Görüşün sonunda qonaqlar Azərbaycan MOK-un muzeyinin eksponatları ilə tanış oldular və xatirə şəkli çəkdirdilər.

X X X

Sonra Milli Olimpiya Komitəsinin Prezidenti İLHAM ƏLİYEV jurnalistlərin suallarına cavab verdi.

SUAL: İlham müəllim, son illər ölkəmizdə idmanın inkişafında əldə olunan nailiyyətləri, idmançılarımızın beynəlxalq yarışlardakı uğurlarını necə qiymətləndirirsiniz?

CAVAB: Bəli, son illər əldə olunmuş nailiyyətlərin obyektiv və subyektiv səbəbləri var. Mən onları təhlil etmək istəmirəm. Sadəcə olaraq, demək istəyirəm ki, indi Azərbaycanda idman ictimai həyatın çox vacib bir amilinə çevrilibdir. İdmanda böyük uğurlar var, idmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Deyə bilərəm ki, elə bir yarış yoxdur ki, idmançılarımız oradan medalsız qayıtsınlar. Artıq bu, bir adətə çevrilibdir. Bəzi hallarda idmançılarımız birinci yox, ikinci yeri tutanda biz təəssüflənirik. Halbuki, beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında qələbə qazanmaq çox çətin bir işdir.

Mən ilk növbədə, idmançılarımıza minnətdaram. Onların məşqçilərinə, idman mütəxəssislərinə minnətdaram ki, Azərbaycanda güclü idman məktəbi yaradılıbdır. İdmançılarımız ölkəmizin şöhrətini ucaldırlar, bayrağımızı beynəlxalq yarışlarda qaldırırlar. Bu, cəmiyyətdə vətənpərvərlik hissini də çox gücləndirir və idmançılarımız beynəlxalq yarışlardan qələbə ilə qayıdanda hər birimiz qürür hissi keçiririk. Mən bu nailiyyətləri yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də, xüsusilə Afina Olimpiya oyunlarında idmançılarımız yüksək nəticələr göstərəcəklər. İndi buna gözəl zəmin yaradılıbdır. Bir nəticə göstərmək üçün gərək bir neçə il ərzində müvafiq idman növləri üzrə gərgin iş aparılsın. Birdən-birə çempion olmaq, medal qazanmaq mümkün deyildir. İdmançıları hazırlamaq lazımdır, təlim-məşq toplanışları düzgün keçirilməlidir, idmanda elmi-metodik işlərə diqqət yetirilməlidir. Əlbəttə, gərək idmanla məşğul olması üçün şərait olsun, gənclərdə həvəs olsun. Onlar da var. Əminəm ki, yaxın gələcəkdə idmançılarımız bundan da böyük uğurlar qazanacaqlar.

SUAL: İlham müəllim, bu il Azərbaycan ictimaiyyəti Milli Olimpiya Komitəsinin 10 illiyini qeyd edir. Bərdə və Şəkidə tikilən idman kompleksləri hazırdırmı?

CAVAB: Əlbəttə, Bərdə şəhərində də, Şəki şəhərində də komplekslər hazırdır. Lənkəranda, Qubada da komplekslərin inşasına başlanıbdır. Digər şəhərlərdə də buna oxşar komplekslər yaradılacaqdır.

 

Bilirsiniz ki, onların hər biri dünya standartlarına cavab verir. Bizim də məqsədimiz məhz o idi ki, hər bir kompleksdə beynəlxalq yarışlar, hətta dünya çempionatları keçirmək mümkün olsun. Çünki idmanla məşğul olmaq üçün şərait olmalıdır. Keçmişdə bizim idmançılarımızın belə bir şəraiti yox idi. Buna baxmayaraq, onlar yenə də yüksək nəticələr göstərirdilər. Əminəm ki, bu şərait yaradılandan sonra nəticələr daha da yüksək olacaqdır.

Ən önəmlisi isə odur ki, uşaqlar idman bölmələrinə daha fəal şəkildə gəlməyə başlayacaqlar. Əsas məqsədimiz budur ki, Azərbaycanda idman kütləvi xarakter alsın. Hər bir uşaq, hər bir yeniyetmə, hər bir gənc idmanla məşğul olsun. Sonralar peşəkar idmana qatılmasalar da, idman hazırlığı gələcək həyatlarında onlara böyük kömək olacaqdır. Ona görə biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik, Azərbaycanın hər bir bölgəsində yeni idman kompleksləri tikəcəyik. Elə edəcəyik ki, Azərbaycan güclü idman dövlətinə çevrilsin. Artıq çevrilir və bunu davam etdirmək üçün hər cür imkanımız da var, niyyətimiz də var.

Çox şadam ki, cəmiyyətdə də idmana münasibət artıq dəyişilibdir. İdmançıya hörmət artıbdır. Bu amil də çox mühümdür. Çünki idmançı görəndə ki, onun fəaliyyəti, göstərdiyi nəticələr layiqincə qiymətləndirilir, cəmiyyət tərəfindən qəbul olunur və ona cəmiyyətdə hörmət artır, əlbəttə, bu, idmançını daha da ruhlandıracaq, həvəsləndirəcəkdir.

SUAL: İlham müəllim, 2003-cü il olimpiyaqabağıdır və ən ağır idman mövsümlərindən biri olacaqdır. Yəni lisenziyalar qazanılmağa başlanacaqdır. Bu mövsüm ərzində bizim idmançılarımız da lisenziya qazanmaq uğrunda çalışacaqlar. Milli Olimpiya Komitəsi mövsümdə hansı yeniliklərlə əlamətdar ola bilər?

CAVAB: Bilirsiniz, olimpiada ərəfəsindəki il, indiki halda 2003-cü il hər bir olimpiya komitəsi üçün çox mühümdür, o cümlədən bizim üçün də. Mənim yadımdadır, 1999-cu il də bizim üçün çox vacib idi, lisenziya ili idi. O vaxt idmançılarımız 31 lisenziya qazana bildilər. Mən hesab edirəm ki, bu dəfə lisenziyaların sayı daha da çox ola bilər. Ən önəmlisi odur ki, olimpiadada idmançılarımızın çıxışları da daha uğurlu ola bilər. Bunu deməyə hər bir əsas var. Çünki əgər müxtəlif idman növlərinə nəzər salsaq, görərik ki, boksda, qılınc oynatmada, güləşdə, cüdoda, taekvondoda, ağırlıq qaldırmada və digər idman növlərində yüksək nəticə göstərmək, qələbə uğrunda mübarizə aparmaq üçün hər bir əsasımız var.

Biz çox istəyirdik ki, lisenziya turnirlərinin biri Azərbaycanda keçirilsin. Deyə bilərəm ki, buna nail olduq. İlkin razılaşmaya əsasən, boks üzrə lisenziya turnirlərinin biri Bakıda keçiriləcəkdir. Əlbəttə, Bakıda idmançılarımıza daha gözəl imkan yaradılacaqdır. Amma əminəm ki, digər lisenziya turnirlərində də idmançılarımız yüksək nəticələr göstərəcəklər. Biz bütün lisenziya turnirlərində idmançılarımızın iştirakını təmin etməliyik. Keçən dəfə də təmin etmişdik. Bu dəfə yəqin ki, daha geniş şəkildə təmin edəcəyik. Əminəm ki, lisenziya qazanmış idmançılar sonra Afinada yüksək nəticələr göstərəcəklər.

SUAL: İlham müəllim, son illərdəki nailiyyətlərin əldə olunmasında vaxtilə Azərbaycanı tərk etmiş idmançıların vətənə dönməsi də az rol oynamır. Artıq bu müşahidə olunur və siz bunu necə qiymətləndirirsiniz?

CAVAB: Bəli, bu da bizim fəaliyyətimizin bir istiqamətidir. Mən beş il bundan əvvəl belə bir çağırış etdim ki, xaricdə çıxış edən idmançılar Azərbaycana qayıtsınlar. Onların getmələrinin də səbəbləri var idi. Çünki bilirsiniz, əgər başqa yerdə ona gözəl şərait yaradılırsa, daha böyük qayğı göstərilirsə, əlbəttə, idmançı gedib başqa ölkədə çıxış etməyə məcburdur. Mən idmançıları buna görə qınamıram. Ancaq biz istəyirdik ki, orada, digər ölkələrdə onlara yaradılan şəraiti, bəlkə də ondan da yaxşı şəraiti Azərbaycanda yaradaq ki, onlar vətənə qayıtsınlar. Belə də oldu və bu proses davam edir. Sağ olun.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər