Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

MİLLİ OLİMPİYA KOMİTƏSİNDƏ GÖRÜŞ

Dekabrın 27-də Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev Azərbaycan Boks Federasiyasının rəhbərliyini, bu il beynəlxalq yarışlarda uğurla çıxış etmiş boksçuları və onların məşqçilərini qəbul etmişdir.

MOK-un prezidenti İlham Əliyev görüş iştirakçılarını Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbrik etdi, il ərzində idmanın bu növündə inkişaf əldə olunduğunu vurğulayaraq dedi ki, son illər bu sahədə müxtəlif tədbirlər keçirilir və yeniyetmələrimiz, gənclərimiz qələbələr qazanırlar. Bütün bunlar bizi çox sevindirir və deyə bilərəm ki, Azərbaycanda beynəlxalq yarışların keçirilməsində ilk addımı boksçular etmişlər. Bakıda Beynəlxalq Boks Federasiyasının prezidenti Ənvər Çoudrinin adına beynəlxalq turnirlər, kadetlər arasında Avropa və dünya çempionatları keçirilmişdir. Bütün bunlar boksda çox gözəl nəticələrin olduğunu göstərir. Ən əsası odur ki, perspektivlər var, yeni nəsil yetişir.

İlham Əliyev digər idman növlərində də buna oxşar turnirlər, çempionatlar keçirildiyini, Olimpiya oyunlarında, dünya və Avropa səviyyəli yarışlarda yaxşı nəticələr göstərildiyini bildirdi, idmançılara və məşqçilərə cansağlığı, yeni qələbələr arzuladı. MOK-un prezidenti xatırlatdı ki, qarşıdan gələn 2003-cü il Olimpiya oyunlarına hazırlıq baxımında çox vacib bir il olacaqdır. Əminəm ki, boksçularımız bunu dərk edirlər. Çox şadam ki, respublika Boks Federasiyasının gördüyü böyük işləri, onun prezidenti Ağacan Abiyevin əməyini beynəlxalq aləmdə yüksək qiymətləndirirlər. O, Beynəlxalq Boks Federasiyası İcraiyyə Komitəsinin üzvü seçilib və çox mühüm bir komissiyaya başçılıq edir. Əminəm ki, boksçularımız gələn illərdə də Azərbaycanı dünya idman meydançalarında ləyaqətlə təmsil edəcəklər.

Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Abiyev boksçular adından MOK-un prezidentini qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik etdi, belə görüşlərin idmançılara müsbət təsir göstərdiyini vurğuladı, eyni zamanda idmanın, o cümlədən boksun inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə Prezident Heydər Əliyevə dərin minnətdarlığını bildirdi. O, gələcək planlar barədə danışaraq dedi ki, 2005-ci ildə kişilər arasında dünya çempionatının Bakıda keçirilməsi üçün işlər gedir. Qazanılan hər bir uğur ölkəmizdə idmançılara yaradılan şərait sayəsində mümkün olur. Söz veririk ki, boksçularımıza göstərilən diqqət və qayğıya cavab olaraq, 2003-2004-cü illərdə həm Olimpiya oyunlarında, həm də Avropa və dünya çempionatlarında Azərbaycana medallar gətirəcəyik.

Sonra MOK-un prezidenti İlham Əliyev məlumat verdi ki, Olimpiya oyunları ərəfəsində lisenziya turniri Azərbaycanda keçiriləcəkdir. Bu, idman tariximizdə görünməmiş bir hadisə olacaqdır. Bilirsiniz ki, bu turnirin keçirilməsi uğrunda ölkələr mübarizə aparırlar, həmişə bir neçə namizəd olur və çox gərgin şəraitdə qərar qəbul olunur. Beynəlxalq Boks Federasiyası bizim xahişimizi nəzərə almışdır. Bu, hər bir ölkənin idman tarixi üçün boyük bir hadisədir. Bu, onu göstərir ki, Azərbaycana böyük inam var və son illər ərzində keçirilən beynəlxalq yarışlar yüksək səviyyədə olubdur. Bu, idmançılarımızın daha uğurla çıxış etməsi üçün də əlverişlidir. İdmana rəhbərlik edən qurumların vəzifəsi bunu təmin etməkdir. Digər idman növləri üzrə lisenziya turnirlərinin ölkəmizdə keçirilməsi üçün bəzi Federasiyalarla danışıqlar aparılır və inanırıq ki, bunlar müsbət olacaqdır.

Sonra MOK-un prezidenti İlahm Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

AZƏRTAC

Foto Namiq Məmmədovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır