Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

MOK-UN İCRAİYYƏ KOMİTƏSİNİN GENİŞ İCLASI

Dekabrın 27-də MOK-un inzibati binasında Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin geniş iclası keçirilmişdir. Gündəliyə idmançı və məşqçilərin ilin yekunlarına görə təltif edilməsi, Milli Olimpiya Komitəsinin 10 illik yubileyi münasibətilə keçirilmiş “Olimpiya, idman, incəsənət-2002” müsabiqəsi qaliblərinin təltif olunması, MOK-un 2002-ci ildəki fəaliyyəti haqqında, Afina-2004 Olimpiya oyunlarına hazırlığın gedişi barədə məsələlər və cari məsələ daxil idi. 

MOK-un prezidenti, Milli Məclisin deputatı İlham Əliyev iclası açaraq, rəhbərlik etdiyi qurumun fəaliyyətinə daim dəstək verən olimpiya idman növləri üzrə Federasiyaların başçılarının da dəvət edildiyini, ilin yekunları haqqında müzakirələr aparılacağını bildirdi. O, dedi ki, əldə edilən nəticələr haqqında il ərzində mütəmadi qaydada fikir mübadiləsi aparılmış, problemlərin həlli ilə məşğul olunmuşdur. Amma bu gün daha geniş müzakirə getməlidir.

2004-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı məsələlərin müzakirəsinə ehtiyac olduğunu söyləyən İlham Əliyev vurğuladı ki, 2003-cü il həlledici ildir, ona görə də həmin ildə görüləcək işlər haqqında daha geniş söhbət aparacağıq. Həmçinin bu gün idmançıları, məşqçiləri, idman mütəxəssislərini hədiyyələrlə təltif etmək istəyirik. Bilirsiniz ki, il ərzində beynəlxalq yarışlarda qələbə qazanmış idmançılarla elə bu binada mütəmadi qaydada keçirilən görüşlərdə onlar Milli Olimpiya Komitəsi tərəfindən mükafatlandırılmışlar. Eyni zamanda, hesab etdik ki, ilin sonunda, yeni il ərəfəsində biz idmançılara daha dəyərli mükafatlar verməliyik.

Ötən il ərzində MOK-un ünvanına çoxlu müraciət olduğunu nəzərə çarpdıran İlham Əliyev dedi ki, bunların hamısını təmin etmişik. Müraciətlər idmançıların, məşqçilərin, mütəxəssislərin yaşayış şəraitinin yaxşılaşdırılması barədə idi. Milli Olimpiya Komitəsi və Gənclər, İdman və Turizm Nazirliyi birlikdə Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət etmişdik. Bu iclası xoş missiya ilə başlayaq, mükafatları verək, təltif olunanları təbrik edək.

MOK-un prezidenti İlham Əliyev sərbəst güləşçi, Atlanta Olimpiadasının gümüş mükafatçısı və Sidney Olimpiya Oyunlarının çempionu, dünya çempionatının gümüş mükafatçısı Namiq Abdullayevə, güllə atıçılığı üzrə dünya çempionatının gümüş mükafatçısı, dünya kubokunun final mərhələsinin bürünc mükafatçısı, Afina Yay Olimpiya oyunlarına lisenziya qazanmış İradə Haşımovaya, sərbəst güləş üzrə Avropa çempionatının gümüş mükafatçısı, Atlanta və Sidney olimpiadalarının iştirakçısı Arif Abdullayevə, sərbəst güləş üzrə Avropa çempionu Nazim Əlicanova, əməkdar məşqçi Əli Əliyevə, sərbəst güləş üzrə Avropa çempionatının gümüş mükafatçısı Elman Əsgərova, əməkdar məşqçi Elman Əzimzadəyə, cüdo üzrə gənclərdən və yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi, əməkdar məşqçi Hacıağa Hacıəhmədova, güləş üzrə beynəlxalq dərəcəli hakim, Sidney Olimpiadasının hakimi Oqtay Hüseynova, MOK-un vitse-prezidenti, sərbəst güləş üzrə dünya və Avropa çempionu Xəzər İsayevə, cüdo üzrə Avropa çempionatının qalibi və mükafatçısı Elçin İsmayılova, voleybol üzrə qadınlardan ibarət yığma komandanın baş məşqçisi, əməkdar məşqçi Faiq Qarayevə, respublikamızda keçirilən idman tədbirlərinin aparıcısı, voleybol üzrə məşqçi-müəllim Ramiz Qafarova, sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, əməkdar məşqçi Yaqub Məmmədova, ağırlıqqaldırma üzrə Avropa və dünya çempionu Nizami Paşayevə mənzillərin orderlərini təqdim etdi.

Sonra olimpiya idman növləri üzrə dünya və Avropa çempionatlarında, turnirlərdə, kubok yarışlarında mükafata layiq görülmüş idmançılara və Milli Olimpiya Komitəsinin 10 illik yubileyi münasibətilə keçirilmiş “Olimpiya, idman, incəsənət-2002” müsabiqəsinin qaliblərinə mükafatlar verildi.

MOK-un birinci vitse-prezidenti Çingiz Hüseynzadənin “Milli Olimpiya Komitəsinin 2002-ci ildəki fəaliyyəti haqqında” məruzəsi dinlənildi. O, Prezident Heydər Əliyevin Sərəncamı ilə MOK-un 10 illik yubileyinin dövlət səviyyəsində keçirildiyini, son illərdə komitənin gördüyü işlərin həm ölkə daxilində, həm də xaricdə böyük əks-səda doğurduğunu, dövlətimizin başçısının idmana daim yüksək qayğı göstərdiyini, idmançıları orden və medallarla təltif etdiyini bildirdi, tanınmış idmançılara Prezident təqaüdünün verildiyini vurğuladı.

Məruzəçi dedi ki, yola saldığımız ildə nailiyyətlərimiz daha çox olmuşdur. Ölkəmiz komanda idman növləri üzrə beynəlxalq yarışların təşkili və keçirilməsi sınağından uğurla çıxmışdır. Voleybolçu qızlarımız Avropa “Top komanda” kubokunu qazanmış, hazırda Avropa çempionlar liqasında mübarizə aparırlar. Qadınlardan ibarət yığma həndbol komandamız Avropa Həndbol Federasiyasının “Çağırış kuboku” yarışının qalibi olmuşdur.

Ümumiyyətlə, bu il 175 medal qazanılmışdır. Onlardan 63-ü Olimpiya idman növlərinin payına düşür. MOK yüksək ustalıq göstərmiş idmançılara, onların məşqçilərinə, eləcə də tanınmış veteran idmançılarımıza öz vəsaiti hesabına təqaüd vermişdir. İlboyu hər ay 46 idmançıya və onların məşqçilərinə, 11 idman veteranına təqaüd verilmişdir.

Məruzədə deyildi ki, son illər respublikamızda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müqayisə olunmaz dərəcədə böyük işlər görülmüşdür. Bu işlərin təşəbbüskarı Milli Olimpiya Komtəsinin prezidenti İlham Əliyev olmuşdur. 2000-2002-ci illər ərzində Bakıda iki böyük idman kompleksi, MOK-un inzibati binası, Naxçıvanda, Gəncədə və Şəkidə müasir standartlara cavab verən olimpiya idman kompleksləri istifadəyə verilmişdir. Ötən illərdə Bakı İdman Sarayı, respublika İdman-Konsert kompleksi dünya standartları səviyyəsində bərpa olunmuşdur. Hazırda Bərdədə yeni idman kompleksinin tikintisi başa çatdırılmışdır. Lənkəran, Şamaxı və Quba rayonlarında olimpiya imdan komplekslərinin inşasına başlanmışdır. MOK-un təşəbbüsü ilə idmanın müxtəlif növlərinin inkişafı üçün xüsusi meydançalar tikilir.

Ç. Hüseynzadə dedi ki, 1952-ci ildən bəri idmançılarımızın müxtəlif olimpiya oyunlarında çıxışlarına aid videolentlər MOK-un səyləri nəticəsində axtarılıb tapılmış, onların bir qisminin respublikamıza gətirilməsi üçün müqavilə bağlanmışdır.

MOK-un İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov “Afina-2004 oyunlarına hazırlığın gedişi haqqında” məruzəsində qeyd etdi ki, 2003-cü ildə respublikamızın bütün idman yönümlü təşkilatları qarşısında duran ən ali məqsəd – Afina Yay Olimpiya Oyunlarına səmərəli hazırlığı təmin etmək və lisenziyalar qazanılmasına nail olmaqdır. Qarşıda duran vəzifələri müəyyənləşdirmək üçün Milli Olimpiya Komitəsi Gənclər, İdman və Turizm Nazirliyi, idman Federasiyaları ilə birlikdə hazırlıq konsepsiyası tərtib edilmişdir. XXVIII Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ verən əsas beynəlxalq yarışların əksəriyyəti 2003 və 2004-cü illərdə nəzərdə tutulmuşdur. Məhz bu yarışlarda lisenziyaların əldə olunması üçün idman növləri müəyyənləşdirilmişdir.

Məruzəçi qarşıdakı olimpiya oyunlarında yüksək nəticələr göstərmək üçün idmançılarımıza hər cür şəraitin yaradıldığını söylədi. O, Sidneydə qazanılmış nailiyyətləri nümunə gətirərək, əmin olduğunu bildirdi ki, 2002-ci ili layiqli nəticələrlə başa vuran idmançılarımız və məşqçilərimiz Azərbaycan idmanının şərəfini və nüfuzunu yüksəltmək üçün bundan sonra da var qüvvə ilə çalışacaqlar.

Sonra Atçılıq Federasiyasının Prezidenti İsa Nəcəfov, Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, Stolüstü Tennis Federasiyasının prezidenti Sədiyar Əliyev, MOK-un İcraiyyə Komitəsinin üzvləri Vaqif Əliyev, Zemfira Meftahəddinova təmsil etdikləri sahələr üzrə görülən işlər və gələcək planlar barədə danışdılar. Onlar ilin nəticələrini yüksək qiymətləndirərək, qazanılmış nailiyyətlərin Azərbaycan Prezidenti Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu söylədilər. Bildirildi ki, beynəlxalq yarışlarda yüksək yerlər tutmuş idmançılarımız MOK-un Prezidenti İlham Əliyev tərəfindən daim mükafatlandırılır və onları gələcəkdə daha uğurla çıxış etməyə ruhlandırır.

Ağırlıqqaldırma üzrə dünya çempionu Nizami Paşayev və yunan-Roma güləşi üzrə əməkdar məşqçi Əli Əliyev onların xidmətini yüksək qiymətləndirdiyinə və mənzil şəraitlərini yaxşılaşdırdığına görə MOK-un prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Milli Olimpiya Komitəsinin prezidenti İLHAM ƏLİYEV iclasa yekun vuraraq dedi ki, bayramlar ərəfəsində idmançılara, veteranlara və məşqçilərə göstərdikləri xidmətlərə layiq olan mükafatlar verildi. Bu onu göstərir ki, Azərbaycanda idman potensialı getdikcə güclənir, idmana layiqli qiymət verilir. Əgər bu qarşılıqlı anlaşma olmasaydı, yəqin ki, qələbələrdən danışmaq çətin olardı. İdman elə bir sahədir ki, mütləq idmançının fəaliyyəti layiqincə qiymətləndirilməlidir. Hesab edirəm, idmançılarda olan vətənpərvərlik ruhu, iradə, öz doğma xalqına, millətinə məhəbbət onları yarışlarda daha da iradəli edir.

Bütün federasiyalarda idmançılara diqqət və qayğının yüksək səviyyədə olduğunu, bu barədə Milli Olimpiya Komitəsinin siyasətinin onlar tərəfindən uğurla həyata keçirildiyini vurğulayan İlham Əliyev ayrı-ayrı federasiyaların işindən, idmançıların beynəlxalq yarışlarda çıxışlarının təmin edilməsindən, problemlərin həlli istiqamətində görülən tədbirlərdən də danışdı, idman qurumlarının rəhbərlərinə tövsiyə və tapşırıqlarını verdi. MOK-un prezidenti iclasda səslənən təkliflərə baxılacağını, bir çox idman obyektlərindən qeyri-məqsədlər üçün istifadənin qarşısının alınacağını nəzərə çarpdırdı. O, təsis olunmuş təqaüdlərin bir hissəsinin məşqçilərə verildiyini bildirərək dedi ki, onların işi çox çətindir. Bəzi hallarda idmançıdan da çox işləyir, çalışır, bu barədə daim fikirləşirlər. Amma qələbə qazanılanda, adətən, idmançını təbrik və tərif edirlər. Məğlubiyyət olanda isə məşqçi tənqid olunur. Ona görə məşqçilik, doğrudan da, çətin işdir.

Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycan idmanına verdiyi yüksək qiyməti xatırladan İlham Əliyev qadınların bəzi idman növləri üzrə fəaliyyət göstərməsini məqsədəuyğun saymadığını bildirərək dedi ki, məsələn, bizdə ağırlıqqaldırma üzrə lisenziya qazanmış Təranə Abbasova var idi. Amma hesab edirəm, bu idman növü qadın üçün o qədər də uyğun deyildir. Belə idman növləri xüsusilə qadınlara yaraşmır. Əlbəttə, idman idmançıdan fədakarlıq tələb edir. Çox hallarda idmançı zədə də alır, sağlamlığını da itirir. Amma ümumiyyətlə, idman sağlamlıq üçün çox xeyirlidir. Gərək qadınlar onlara yaraşan idman növləri ilə məşğul olsunlar. Üzgüçülük, gimnastika, voleybol, həndbol, basketbol, futbol, şahmat, otüstü xokkey və stolüstü oyun növlərində çıxış etmək daha məqsədəuyğun olardı. Bu növlərdə beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edən idmançılarımız var. Biz bunun üçün lazımi şəraiti yaradırıq. Qadınların idmanda böyük rolu vardır.

Mən bir daha bildirirəm ki, biz Azərbaycanda komanda oyun növlərinin inkişaf etməsini istəyirik. Fərdi oyun növlərində uğurlarımız vardır və Afina Olimpiya Oyunları bunu bir daha təsdiq edəcəkdir. Düşünürəm ki, bizim nəticələrimiz daha da yüksək olacaqdır. Ümumiyyətlə, təkcə olimpiya oyunlarında yox, dünya, Avropa çempionatlarında qazanılan uğurlar da elə-belə, asanlıqla başa gəlmir. Amma qazanılanları gərək həmişə qiymətləndirək və qiymətləndiririk. İdmanın komanda növləri tamaşaçı auditoriyasını daha da cəlb edir. Çox istərdim ki, Azərbaycanda bu sahədə yüksək nəticələr olsun. Bizim voleybol komandamızın nailiyyəti var, Avropa Top komanda kubokunun qalibi olmuşdur.

Bir sözlə, Azərbaycanda idman inkişaf edir, gözəl nəticələrimiz var. Mən İcraiyyə Komitəsinin fəaliyyətini yüksək qiymətləndirirəm. Burada görkəmli idman xadimləri, idmançılar, məşqçilər, ziyalılar təmsil olunurlar. İcraiyyə Komitəsinin hər bir üzvü böyük iş görür, Azərbaycanı ləyaqətlə təmsil edir və böyük şəxsi nüfuza malikdir. Mən onlara öz minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu, gələcəkdə də belə davam edəcəkdir.

Biz idmanı daha da qaldırmaq üçün, idmançılara lazımi şərait yaratmaq üçün gərək federasiyaları gücləndirək. Çox şadam ki, federasiyaların rəhbərliyinə seçilən insanlar idmanı sevirlər və onların arasında sağlam rəqabət gedir. Bu da çox yaxşıdır. Bütün bunlar onu göstərir ki, biz düz yoldayıq. Dəvət etdiyimiz mütəxəssislər çox böyük həvəslə, maraqla və peşəkarlıqla işləyirlər. Əgər biz gələcəkdə də bu istiqamətdə davam etsək, Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, federasiyalar, klublar, bütün idman ictimaiyyəti bundan da böyük qələbələrin, uğurların şahidi olacaqdır. Sizə bir daha öz təşəkkürümü bildirir, hamınızı qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni İl bayramı münasibətilə təbrik edirəm. Növbəti ildə sizə fəaliyyətinizdə uğurlar, şəxsi həyatınızda xoşbəxtlik, səadət diləyirəm.

AZƏRTAC

Foto Namiq Məmmədovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub VİDEO

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir