İDMAN


MOK-un vitse-prezidenti Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında iştirak edəcək

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Slovakiyanın paytaxtı Bratislavada Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və AOK-nin İcraiyyə Şurasının üzvü Çingiz Hüseynzadə iştirak edəcək.

İcraiyyə Komitəsinin iclası çərçivəsində adı çəkilən təşkilatın baş katibi və xəzinədar tərəfindən hesabat çıxışları ediləcək. Tədbir çərçivəsində komissiyaların iclaslarının keçirilməsi nəzərdə tutulur.

Həmçinin Avropa Oyunları və Yeniyetmələrin Avropa Olimpiya Festivalının hesabat çıxışı gündəlikdə olan məsələlər sırasındadır. 129-cu Beynəlxalq Olimpiya Komitəsinin seminarı və “Rio-2016” Yay Olimpiya Oyunları müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.