Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MOLDOVA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR VORONİNƏ

Hörmətli Vladimir Nikolayeviç, 

Moldovanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Moldova xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin inkişafı və genişləndirilməsi, regional və beynəlxalq təşkilatlarda əməkdaşlığımız bundan sonra da xalqlarımızın, dövlətlərimizin mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, Moldova xalqına isə sülh, həmrəylik və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Baki şəhəri, 20 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin