İQTİSADİYYAT


“MONEX” Gürcüstanda xidmət şəbəkəsini genişləndirir

A+ A

Bakı, 23 oktyabr, AZƏRTAC

“MONEX” təcili pulköçürmə sistemi Gürcüstanda fəaliyyətini genişləndirməkdə davam edir.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, artıq “Rico Express” (http://rico.ge) və “Bonaco Express” (http://bonaco.ge) mikromaliyyə təşkilatlarının Gürcüstanda fəaliyyət göstərən bütün şöbələrində “MONEX” təcili pulköçürmə sistemi vasitəsilə təcili pul köçürmələrini almaq və göndərmək mümkündür. Bununla da “MONEX”-in Gürcüstan şəbəkəsindəki nöqtələrin sayı 572-yə yüksəlib.

Xatırladaq ki, 2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “MONEX” sistemi ölkədə fəaliyyət göstərən 24 bank, o cümlədən “Azərpoçt”un filial və şöbələrində müştərilərə xidmət göstərir. Bu sistem vasitəsilə müştərilər ölkə daxilində və eyni zamanda 20-dən çox ölkəni əhatə edən 30 mindən artıq məntəqə üzrə pulköçürmə əməliyyatlarını yerinə yetirə bilər. Təcili pul köçürmələrindən əlavə, “MONEX” sistemində kütləvi ödənişlər, IBAN hesaba köçürmələr, onlayn təcili pulköçürmə və eManat terminalı vasitəsilə pulköçürmə xidmətləri mövcuddur.

Ətraflı məlumatı www.monexmt.az saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.