MƏDƏNİYYƏT


“M.Teatr”dan “Maraqlı fiqur və ya siçan qadın” adlı yeni tamaşa

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında F.Kafkanın “Çevrilmə” povesti və Pərviz Seyidlinin eyniadlı hekayəsi əsasında səhnələşdirilmiş “Maraqlı fiqur və ya siçan qadın” adlı yeni tamaşa təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, səhnə əsəri yeni yaradılan müstəqil “M.Teatr”a (“Mənim teatrım”) məxsusdur.

Tamaşa Əməkdar Artist, teatrın bədii rəhbəri Vidadi Həsənovun quruluşunda təqdim olunacaq. Səhnə əsərində rəqslərin quruluşu Lalə Hacıyevaya məxsusdur. Tamaşada baş rolu aktrisa Zümrüd Qasımova ifa edəcək.

Qeyd edək ki, yeni yaradılan “M.Teatr” mütəmadi olaraq yeni-yeni səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gəlir. Sənət ocağı mədəniyyəti yaşatmaq və mədəni yaşamaq devizi altında fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.