MƏDƏNİYYƏT
MÜƏLLİFİ BİLİNMƏYƏN NADİR EKSPONAT
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi öz fondunu tanınmış fotoqraf Tofiq Xanməmmədovun şəxsi arxivi hesabına xeyli zənginləşdirib. Muzeydən müxbirimizə demişlər ki, zəngin eksponatlar arasındakı albomlardan birini mütəxəssislər daha dəyərli hesab edir. Bu, fotoqrafın özünə məxsus olmayan və müəllifi bilinməyən cildsiz albomdur. Burada XVII əsrdən XX əsrin əvvəllərinədək avropalı müəllifin əsərlərinin tamaşalarındakı personajların geyimlərinin rəsmləri toplanmışdır.
Albomu mütəxəssislər Avropa intibah dövrü tamaşalarının müasir Azərbaycan səhnəsində hazırlanması zamanı teatr rejissor və rəssamları üçün çox qiymətli mənbə olacağını söyləyirlər...