Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MÜASİR DÖVRÜN GÖRKƏMLİ SƏNƏTKARI QALİNA PAVLOVNA VİŞNEVSKAYAYA

Hörmətli Qalina Pavlovna!

Qalina Vişnevskaya Opera mahnı Mərkəzinin açılışı münasibətilə Sizi təbrik edirəm. Yaratdığınız bu nadir mədəni-təhsil kompleksinin işində Sizə böyük uğurlar arzu edirəm.

Opera sənətinin zəngin ənənələrinin qorunub saxlanması və yayılmasında göstərdiyiniz çoxşaxəli fəaliyyət həmişə pərəstişkarlarınız və Sizi sevənlər tərəfindən böyük maraqla qarşılanmışdır. Opera sənətinin canlı əfsanəsi kimi Siz nəinki dünya mədəniyyətinin qızıl fonduna daxil olan əsərlər yaratmısınız, eləcə də rus mənəviyyatının dirçəldilməsi, rus mədəniyyətinin daha böyük nailiyyətlər qazanması üçün bir çox konkret layihələr həyata keçirmisiniz. Əmin olduğumu bildirirəm ki, Sizin bu layihəniz də böyüməkdə olan nəslin böyük sənətlə yaxından təmasına imkan verəcək, Rusiyanın musiqi mədəniyyətinin şöhrətinə layiq istedadlar yetirib üzə çıxaracaqdır.

Ən xoş arzularımla,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin