SİYASƏT
MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Avqustun 7-də düşmənlə təmas xəttində yerləşən “N” saylı hərbi hissənin zabiti, taqım komandiri, baş leytenant Babayev Kamal Boris oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan güllədən aldığı ağır yaradan həlak olmuşdur.
Baş leytenant Kamal Babayev 1978-ci ildə Bakı şəhərində anadan olmuş, 1998-ci ildə Bakı Dövlət Universitetini bitirmiş və 27 sentyabr 2000-ci il tarixdə Suraxanı Rayon Hərbi Komissarlığından Azərbaycan Silahlı Qüvvələrinə çağırılmışdır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun valideyinlərinə və doğmalarına dərin hüzünlə başsağlığı verir, kədərinə şərik olur və onlara Allahdan səbr diləyir.
Baş Leytenant Kamal Babayevin cənazəsi ikinci Şəhidlər xiyabanında dəfn ediləcəkdir.
Allah rəhmət eləsin.