MUĞAN AĞSAQQALININ 100 İLLİYİ QEYD EDİLƏCƏK
Aprelin əvvəllərində Salyanda Sosialist Əməyi Qəhrəmanı Qüdrət Səmədovun anadan olmasının 100 illiyi qeyd olunacaqdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, şərəfli ömür yaşamış Muğan ağsaqqalının doğma kəndi Sarvandakı ev muzeyi bu münasibətlə yeni eksponatlarla zənginləşdirilir, büstünün qoyulduğu ərazi abadlaşdırılır. Rayon mədəniyyət sarayında yubiley tədbirinə son hazırlıq işləri görülür.