REGİONLAR
MUĞAN-SALYAN MEŞƏ İRRİQASİYA İDARƏSİ SAATLININ TORPAQ SAHİBKARLARINA YARDI EDİR
Muğan-Salyan Meşə İrriqasiya İdarəsi ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair müəyyənləşdirdiyi vəzifələrə uyğun olaraq Saatlının torpaq sahibkarlarına yardım edir.
İdarədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ilin əvvəlindən indiyədək rayonda kollektivin imkanları ilə ümumi uzunluğu 25 min metr olan kollektorlar lildən təmizlənmiş, 15 min metr uzunluğunda suvarma kanalları təmir olunmuşdur ki, bu da 8 min hektara yaxın torpaq sahəsinin mühafizəsini və suvarma suyu ilə təminatını möhkəmləndirməyə imkan vermişdir.