Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

MÜNASİBƏTLƏRİMİZ İKİTƏRƏFLİ ƏMƏKDAŞLIĞA ƏSASLANMALIDIR

Avqustun 20-də Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyası Sərhəd Qoşunlarının komandanı, Bakıda birgünlük rəsmi səfərdə olan general-polkovnik Andrey Nikolayevi qəbul etmişdir.

Heydər Əliyev demişdir ki, MDB çərçivəsində əməkdaşlığımız təbii ki, belə görüşlərin tez-tez keçirilməsini şərtləndirir. Bir çox məsələlər barədə mövqelərimizi müəyyənləşdirməyə, ilk növbədə müstəqil dövlətlər kimi Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər prinsipini əsas tutaraq, gələcək əməkdaşlığın yollarını müəyyənləşdirməyə ehtiyac var.

Andrey Nikolayev Azərbaycan Prezidentinə Rusiya Prezidentinin və hökuməti sədrinin salamlarını və xoş arzularını yetirmişdir.

Azərbaycan Prezidenti Rusiya rəhbərliyinin xoş arzularına görə minnətdarlığını bildirmiş və A.Nikolayevdən xahiş etmişdir ki, Prezident Boris Yeltsinə və hökumətin sədri Viktor Çernomırdinə, ölkənin başqa rəhbərlərinə onun səmimi salamlarını yetirsin. Dövlət başçısı demişdir ki, həmişə olduğu kimi, indi də Azərbaycanın mövqeyi konstruktivizmə əsaslanır. Prezidentin fikrincə, tərəflər sərhəd xidməti sahəsində də əməkdaşlığın imkanlarını axtarmaq yolu ilə getməli və bu zaman həm Rusiyanın, həm də Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını əsas tutmalıdırlar. Heydər Əliyev bir daha qeyd etmişdir ki, Azərbaycan dövlətinin və şəxsən onun özünün iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə yönəldilmiş xətti dəyişməzdir və strateji xarakter daşıyır. Bu, həm Azərbaycanın, həm də Rusiyanın mənafeyinə uyğundur. Dövlət başçısı demişdir: Biz bu xəttə möhkəm əməl etmişik və bundan sonra da əməl edəcəyik. Rusiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin prinsipial əhəmiyyəti var, bu münasibətlər uzunmüddətli, əbədi xarakter daşıyır.

Prezident ayrı-ayrı sahələrdəki əlaqələrin Azərbaycanın götürdüyü xəttin, yəni ikitərəfli zəmin əsasında dostluğu və qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək xəttinin həyata keçirilməsini təmin etdiyini söyləmiş və bu fikrin Rusiyanın dövlət rəhbərliyinə bir daha çatdırılacağına ümidvar olduğunu bildirmişdir. Heydər Əliyev onu da əlavə etmişdir ki, həm Azərbaycanda, həm də Rusiyada bəzi qüvvələr nəinki ölkələrimiz arasında əməkdaşlığı istəmir, üstəlik buna müəyyən dərəcədə mane olmağa, zərər vurmağa çalışırlar. Son vaxtlar Moskva qəzetlərində dərc olunmuş bəzi qeyri-sağlam, zərərli yazılarda Azərbaycan ilə Rusiya arasında münasibətləri pozmağa cəhd göstərilir. Dövlət başçısı sözünə davam edərək demişdir ki, prinsip etibarilə mən belə yazılara məhəl qoymuram. Çünki bu yolla nəyəsə nail ola bilməzlər. Lakin bu cür fitnəkar, qərəzli, müxtəlif qruplaşmaların xüsusi olaraq təşkil etdikləri belə yazılar, şübhəsiz ki, Rusiya ictimaiyyətini çaşdırır və ölkələrimiz arasında münasibətlərə fayda gətirə bilməz. Azərbaycanın prinsipial xəttinin prinsipial cəhətləri də var. Bunlara - Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına tam əməl edilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşmasına yönəldilmiş xəttimizə əsla mane olmur.

Rusiya Sərhəd Qoşunlarının komandanı Azərbaycanın prinsipial mövqeyi barədə Heydər Əliyevin fikirlərini Rusiya Prezidentinə və Rusiya hökuməti sədrinə çatdıracağını söyləmişdir. O demişdir ki, biz MDB-yə daxil olan bütün dövlətlərlə əməkdaşlığı hərtərəfli inkişaf etdirmək barədə Rusiya Prezidentindən və hökumətdən dəqiq tapşırıqlar alırıq. Bu mənada Azərbaycan da istisna deyil və Rusiya Federasiyası rəhbərliyinin fikrincə, onunla münasibətlər elə qurulmalıdır ki, bu, həm Azərbaycanın, həm də Rusiyanın mənafeyinə cavab versin. Şübhəsiz, ölkələrimiz arasında münasibətlərin, o cümlədən mənim təmsil etdiyim xidmət sahəsində münasibətlərin əsasını ikitərəfli əməkdaşlıq təşkil edir. Sizinlə tam razıyam ki, münasibətlərimizin inkişafında bu mərhələnin üzərindən adlayıb keçə bilmərik. Başqa sözlə, MDB çərçivəsində münasibətlər ilk növbədə ikitərəfli əməkdaşlıq şəklində qurulmalı və bundan sonra çoxtərəfli meyil almalıdır.

General daha sonra demişdir ki, onun başçılıq etdiyi sahə dövlətin təhlükəsizliyini təmin etmək vəzifələrindən birini həyata keçirmək istəyən xüsusi federal xidmətdir. Azərbaycanın iştirakı olmadan Qafqazda Rusiyanın və Azərbaycanın təhlükəsizliyini təmin etmək mümkün deyildir. Yəni Qafqazda təhlükəsizliyin təmin olunmasında çoxtərəfli əməkdaşlığın perspektivini götürsək, bu məsələdə Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq olmadan həmin problem həll edilə bilməz. A.Nikolayev bildirmişdir ki, Azərbaycan və Rusiya prezidentlərinin müvafiq tapşırığından ötən 7-8 ay ərzində hər iki ölkənin sərhəd xidməti idarələri bu sahədə xeyli iş görmüşlər və dövlət sərhədinin qorunması haqqında saziş hazırlanmış, burada başqa dövlətlərin də mənafeləri nəzərə alınmışdır. Həmin sənəd gələcəkdə imzalanmaq üçün Azərbaycan və Rusiya prezidentlərinə təqdim olunacaqdır.

General həmçinin məlumat vermişdir ki, bu yaxınlarda Rusiyada “Rusiya Federasiyasının Dövlət sərhədi haqqında” qanunun dəqiqləşdirilmiş redaksiyası qüvvəyə minmişdir. Əvvəlki redaksiyadan fərqli olaraq, qanunun 28-ci maddəsində deyilir ki, Rusiya Federasiyasının Federal Sərhəd Xidməti bütün nazirliklərin və idarələrin sərhəddə həyata keçirdikləri işlərdə əlaqələndirici orqandır. A.Nikolayevin fikrincə, bu, iki ölkənin sərhəd xidməti idarələri arasında əməkdaşlıq baxımından xeyli maraq doğurur.

Heydər Əliyev Rusiya Federasiyasının dövlət sərhədi haqqında qanunun yeni redaksiyası ilə tanışlığın Azərbaycan üçün də maraqlı olacağını qeyd etmiş və bildirmişdir ki, biz də Sərhəd Qoşunları haqqında qanun qəbul etmişik. Həmin qanun dövlət sərhədi haqqında olmasa da, onunla bağlı bütün məsələləri əhatə edir. Prezident belə bir prinsipial cəhəti xatırlatmışdır ki, MDB-yə daxil olan 12 dövlətin heç birində sərhəd məsələsi Azərbaycandakı kimi ağır vəziyyətdə deyildir. Çünki MDB üzvü olan dövlətlərdən heç birinin ərazisi birliyin üzvü olan başqa dövlət tərəfindən işğal edilməmişdir. Azərbaycanın isə ərazisinin bir hissəsi zəbt olunmuş və onun dövlət sərhədinin 130 kilometri erməni silahlı birləşmələrinin əlindədir. Belə bir vəziyyət həmin məsələnin - Azərbaycanın bütün sərhədlərinin, o cümlədən İranla sərhədinin tamamilə onun öz nəzarəti altında olması məsələsinin həllinə xüsusi yanaşılmasını tələb edir. Eyni zamanda bu vəziyyət Azərbaycanla Rusiya arasında əməkdaşlığa da müvafiq şəkildə yanaşmağı tələb edir.

A.Nikolayev Azərbaycanda vəziyyətin MDB-nin başqa üzvlərindən tamamilə fərqli olması barədə fikirlə razılaşaraq demişdir ki, bu, hazırlanan sazişdə hökmən əksini tapmalıdır.

Sonra söhbət bağlı qapı arxasında davam etdirilmişdir.

Aslan Aslanov

AZƏRTAC-ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV