CƏMİYYƏT


MÜSİAD daha 12 ölkədə, o cümlədən Azərbaycanda şöbə açacaq

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) qarşıdakı altı ay ərzində dünyanın ayrı-ayrı yerlərində daha 12 şöbə açacaq. Bu günlərdə Cənubi Afrikada Yohannesburq, Almaniyada Karlsrue, Makedoniyada Skopye şöbələrini açan MÜSİAD altı ayda Azərbaycan, Gürcüstan, Pakistan, İngiltərə, Qazaxıstan, Qırğızıstan, Belçika, Sudan, Melburn, Tokio, Amsterdam, Strasburq şöbələrini açmağı planlaşdırır.

MÜSİAD-ın rəhbəri Nail Olpak Türkiyədə 86, digər 65 ölkədə isə 170 yerdə təmsil olunduqlarını bildirib. O, xüsusilə 15 iyul hadisələrindən sonra xaricdəki şöbələrinin fəaliyyətinin daha böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Nail Olpak dost ölkələrin terrorçu FETÖ təşkilatı ilə mübarizədə Türkiyəyə verdikləri dəstəyi şöbələrin açılması prosesində də gördüklərini bildirib. O deyib ki, dost və qardaş Azərbaycan MÜSİAD-ın Azərbaycan şöbəsinin açılması məsələsində hər cür dəstəyi verib. Azərbaycan hökuməti bu günə qədər bütün hüquqi proseslərin həllində MÜSİAD-a yardım edib. MÜSİAD üçün Azərbaycanın xüsusi yeri var. Çünki Azərbaycan bizim ortaq tariximiz, eyni zamanda, ortaq gələcəyimizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.