Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

MÜSTƏQİL AZƏRBAYCAN İQTİSADİ VƏ SOSİAL İNKİŞAF AMALI İLƏ YAŞAYIR
RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEVİN DANİMARKAYA SƏFƏRİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin xətti ilə keçirilən və sosial inkişaf məsələlərinə həsr olunan yüksək səviyyəli ümumdünya görüşündə iştirak etmək üçün martın 10-da Danimarkanın paytaxtı Kopenhagenə gəldi.

…Avropanın ən gözəl şəhərlərindən biri olan Kopenhagen bir neçə gündür ki, bütün dünyanın diqqət mərkəzindədir. Martın 6-da burada sosial inkişaf naminə ümumdünya görüşü öz işinə başlamışdır. Jurnalistlərə verilən məlumata görə, dünyanın 120-dən çox ölkəsinin dövlət və hökumət başçıları Kopenhagenə gəlmişlər. BMT tərəfindən təşkil edilmiş bu Zirvə toplantısı bəşəriyyət tarixində sosial inkişaf mövzusuna həsr olunmuş əzəmətli tədbirdir. “Yoxsulluqla mübarizə, həmrəyliyin möhkəmləndirilməsi, iş yerlərinin yaradılması” devizi altında keçən bu görüşə dünyanın nüfuzlu beynəlxalq icmalçıları məhz belə qiymət verirlər. Şərhçilərin fikrincə, Birləşmiş Millətlər Təşkilatının 50 illiyi ərəfəsində keçirilən Kopenhagen görüşü dünyada sosial inkişaf naminə beynəlxalq səylərin əlaqələndirilməsinə nadir imkan yaradır və bu qlobal məsələnin həlli yollarının axtarılmasında qarşılıqlı fəaliyyətə geniş meydan açır.

Beynəlxalq görüşdə sosial inkişafın üç əsas mərhələsinə xüsusi diqqət yetirilir: məhsuldar məşğuliyyət və işsizliyin azaldılması; geniş yayılmış yoxsulluğun azaldılması və ləğvi; sosial inteqrasiya. Dünyanın hər yerindən gəlmiş nümayəndələrin başlıca məqsədi bu məsələlərin həllində əsaslı dəyişikliklərə nail olmaq yollarını müzakirə etməkdir.

Azərbaycan Prezidenti Heydər Əliyevin tapşırığı ilə respublika Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərlik etdiyi qrup martın 6-da Kopenhagenə gəlmişdir. Nümayəndələrimiz ümumdünya görüşünün bölmə iclaslarında, baş komitənin yığıncağında iştirak ediblər. Elçin Əfəndiyev həmin yığıncaqda çıxış edib. Zirvə toplantısı üçün hazırlanmış “Azərbaycan Respublikasının milli məruzəsi” görüşdə iştirak edən bütün ölkələrin nümayəndə heyətlərinə paylanmışdır. Bu məruzədə Ermənistanın Azərbaycana təcavüzü, ölkəmizdə bir milyondan çox vətəndaşın qaçqın vəziyyətinə düşərək ağır şəraitdə yaşaması və bunun nəticəsində respublikamızda gərgin sosial-iqtisadi durum yaranması öz əksini tapmışdır. Nümayəndə heyətlərinə Azərbaycan qadınlarının sosial və ictimai vəziyyəti barədə arayış da paylanmışdır. Qrupumuzun üzvləri ümumdünya görüşünün Zirvə toplantısında qəbul edilmək üçün hazırlanmış bəyannamə, fəaliyyət proqramı layihələrinin müzakirəsində yaxından iştirak etmişlər.

Burada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının müraciəti də yayıldı. Xocalı faciəsi zamanı həlak olan, yaralanan və qaçqına çevrilən uşaqların kədərli həyatından bəhs edən sərgi böyük maraq doğurdu.

ZİRVƏ TOPLANTISININ RƏSMİ AÇILIŞI

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dünya ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə Kopenhagen Zirvə toplantısının təntənəli rəsmi açılış mərasiminin keçirildiyi möhtəşəm “Bella sentr” sarayına gəldi. BMT-nin Baş katibi Butros Butros-Qali və xanımı Azərbaycan Prezidentini mehribanlıqla qarşıladılar, onunla yaxın dostlar kimi görüşdülər.

Mərasimi Danimarkanın Baş naziri, Zirvə toplantısının prezidenti Pol Nirun Rassmussen açdı. Sonra söz BMT-nin Baş katibi Butros Butros-Qaliyə verildi. Mərasimdə Çilinin, İndoneziyanın, Pakistanın, Fransanın, Türkiyənin və digər ölkələrin prezidentləri və hökumət başçıları da çıxış etdilər.

X X X

Dövlət başçımızın xarici ölkələrə bütün səfərlərində və beynəlxalq təşkilatların yüksək səviyyəli tədbirlərində iştirakı zamanı olduğu kimi, Kopenhagendə də boş vaxtı demək olar ki, yox idi, o, Zirvə toplantısının iclasları arasındakı fasilələrdə bir çox ölkələrin rəhbərləri ilə görüşdü, danışıqlar, söhbətlər apardı.

İNDONEZİYA AZƏRBAYCANA MARAQ GÖSTƏRİR

Martın 11-də respublika Prezidenti Heydər Əliyev İndoneziya Prezidenti general Suxarto ilə görüşdü. Söhbət zamanı iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olundu.

İndoneziya islam aləmində və ümumiyyətlə dünyada bloklara qoşulmayan ölkələr hərəkatının liderlərindən biri kimi böyük nüfuza malikdir. Azərbaycan Prezidenti bunu xüsusi olaraq vurğuladı və bildirdi ki, ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün geniş imkanlar vardır, əlaqələrin sıxlaşdırılması hər iki tərəf üçün çox faydalı olar.

Heydər Əliyev Ermənistanın Azərbaycana təcavüzündən, bu müharibənin beynəlxalq təşkilatlar vasitəsilə sülh yolu ilə başa çatdırılmasına ölkəmizin xüsusi əhəmiyyət verdiyindən və həmin istiqamətdə görülmüş işlərdən bəhs etdi, respublikamızda qaçqınların ağır şəraitindən danışdı.

Prezident Suxarto görkəmli siyasi xadim Heydər Əliyevlə görüşündən şərəf duyduğunu qeyd edərək bildirdi ki, İndoneziya Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu sahədə konkret addımlar atmağa hazırdır.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı, ayrı-ayrı konkret sahələrdə əlaqələrin perspektivləri nəzərdən keçirildi.

Mehribanlıq və dostluq şəraitində keçən görüşdə Heydər Əliyev general Suxartonu Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu. İndoneziya Prezidenti də Azərbaycan dövlətinin başçısını öz ölkəsinə rəsmi səfərə dəvət etdi və bu dəvət də razılıq hissi ilə qarşılandı.

REGİONDA SÜLH NAMİNƏ

Qonşu və dost ölkələrin dövlət başçıları Heydər Əliyevlə Eduard Şevardnadzenin hər görüşündə Azərbaycanın və Gürcüstanın düşdüyü ağır vəziyyətdən çıxış yolları, habelə Zaqafqaziya regionunda sülhün bərqərar olması məsələləri söhbətin əsas mövzularına çevrilir. Martın 11-də onların Kopenhagendə keçirdikləri görüşdə də həmin problemlərin müzakirəsinə geniş yer ayrıldı.

Dövlət başçıları öz ölkələrindəki siyasi-iqtisadi vəziyyətdən geniş bəhs etdilər. Müharibənin, keçid dövrünün çətinliklərindən əlavə, Azərbaycanın hazırda əslində blokada şəraitində olması da müzakirə mövzusuna çevrildi. Azərbaycana gətirilən yüklərin Poti, Batumi limanlarının imkanlarından səmərəli istifadə edilməklə respublikamıza çatdırılması haqqında ətraflı fikir mübadiləsi aparıldı.

YAPON JURNALİSTİ İLƏ MÜSAHİBƏ

Bu görüşdən dərhal sonra Yaponiyanın nüfuzlu mətbuat orqanlarından biri olan ”Mayniti” qəzetinin müxbiri Heydər Əliyevdən qısa müsahibə aldı.

SƏMİMİ SÖHBƏT

Martın 11-də Kopenhagen Zirvə toplantısının keçirildiyi “Bella sentr” sarayında Azərbaycan Prezidenti Heydər Əliyevlə Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəlin görüşü oldu.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı bir sıra məsələlər geniş müzakirə edildi.

TÜRK JURNALİSTLƏRİ İLƏ MÜSAHİBƏ

Görüşdən dərhal sonra Türkiyə jurnalistləri Azərbaycan Prezidentini dövrəyə aldılar. Heydər Əliyev görüşün nəticələri barədə jurnalistlərin suallarına cavab verdi.

BOLQARISTANLA İQTİSADİ ƏMƏKDAŞLIQ

GENİŞLƏNDİRİLƏCƏK

Biz Azərbaycanla Bolqarıstan arasında əlaqələrin inkişaf etdirilməsinə və qarşılıqlı surətdə faydalı əməkdaşlıq imkanlarından hərtərəfli istifadə etmək üçün lazımi tədbirlər görülməsinə tərəfdarıq. Azərbaycan Prezidenti Heydər Əliyev bu fikri martın 11-də Kopenhagendə “Bella sentr”də Bolqarıstan Prezidenti Jelyü Jelev ilə görüşü zamanı söylədi.

Söhbət zamanı tərəflər bir sıra konkret sahələrdə əlaqələr qurulmasının geniş perspektivləri barədə yekdil rəydə olduqlarını söylədilər və bütün bunların tezliklə reallaşdırılması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini sürətləndirməyin vacibliyinə toxundular.

Azərbaycanla Bolqarıstan arasında tarixi ənənələrə malik dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün konkret addımlar atılmasının mühümlüyünə də xüsusi diqqət yetirildi.

Görüşdə Azərbaycan Prezidentinin Bolqarıstana qarşıdakı səfəri ilə bağlı məsələlərin müzakirəsinə də geniş yer verildi və həmin səfər zamanı imzalanacaq sazişlər haqqında fikir mübadiləsi aparıldı. Prezidentlər öz ölkələrindəki hazırkı siyasi, sosial-iqtisadi vəziyyət haqqında bir-birinə məlumat verdilər.

ƏLAQƏLƏR BƏRPA OLUNMALIDIR

Azərbaycanla Belarus arasında əvvəlki əlaqələrin bərpasına ciddi ehtiyac vardır. Keçmiş ittifaqın tərkibində qurulmuş iqtisadi, elmi, mədəni əlaqələrin yeni istiqamətdə canlandırılması müstəqillik qazanmış dövlətlərimizin yeni şəraitdə əməkdaşlığı üçün yaxşı zəmindir. Azərbaycan Prezidenti Heydər Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Kopenhagendəki görüşündə bu məsələlər söhbətin əsas mövzusu oldu.

Prezidentlər əlaqələrin bərpasının əsas istiqamətlərini müzakirə edərək, yaxın vaxtlarda görülməsi vacib olan tədbirlər barədə fikir mübadiləsi apardılar və bildirdilər ki, həm Azərbaycanda, həm də Belarusda daha sıx əlaqələr üçün potensial imkanlar çoxdur. Bütün bunlar tezliklə hərəkətə gətirilməlidir.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də nəzərdən keçirildi.

HƏR İKİ ÖLKƏNİN XEYRİNƏ

Martın 11-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə Albaniya Respublikasının Prezidenti Sali Berişanın görüşü oldu. Doktor Berişa ötən ilin dekabrında Budapeşt Zirvə toplantısında Prezident Heydər Əliyevlə görüşünü məmnuniyyətlə xatırladı və bu nüfuzlu dövlət xadimi ilə yenidən fikir mübadiləsi aparmaq imkanı əldə etdiyindən razı qaldığını bildirdi.

Albaniya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinin hər iki ölkə xalqlarının mənafeyinə tam uyğun olduğunu qeyd edən Albaniya Prezidenti bir sıra sahələrdə, o cümlədən iqtisadi-ticarət sahəsində əlaqələrin sıxlaşdırılmasının vacibliyini vurğuladı. O, Ermənistanın Azərbaycana təcavüzü məsələsinə də maraq göstərdi və dedi ki, Albaniya Azərbaycanın haqq işini həmişə müdafiə edəcəkdir. Doktor Berişa ATƏT-in Budapeşt Zirvə toplantısında bölgəyə sülhü mühafizə qüvvələrinin göndərilməsi barədə qəbul edilmiş qətnamənin yerinə yetirilməsi gedişi ilə də maraqlandı.

Azərbaycan Prezidenti Heydər Əliyev respublikamıza göstərdiyi maraq və diqqətə görə Albaniya Prezidentinə təşəkkürünü bildirdi, müharibədə atəşkəs rejiminin davam etməsindən söhbət açdı. O qeyd etdi ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək istəmir. Buna görə də beynəlxalq ictimaiyyət Ermənistana lazımi təzyiq göstərməli, qəbul olunmuş qətnamələrin yerinə yetirilməsini tələb etməlidir.

Görüşdə digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.

BUTROS BUTROS-QALİ İLƏ GÖRÜŞ

Martın 11-də Kopenhagendə Azərbaycan Prezidenti Heydər Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Butros Butros-Qali ilə görüşdü.

Butros Qali onun dəvətini qəbul edərək sosial inkişaf məsələlərinə dair Zirvə toplantısında iştirak etdiyinə görə Azərbaycan rəhbərinə təşəkkürünü bildirdi və dedi ki, o, Heydər Əliyevi özünün çox yaxın şəxsi dostu hesab edir.

Azərbaycan Prezidenti bütün bunlara görə BMT Baş katibinə dərin minnətdarlığını bildirdi və qeyd etdi ki, Butros Qalinin Azərbaycana səfəri ölkəmizdə bu gün də yaxşı xatırlanır, xalqımız ona dərin rəğbət və hörmət bəsləyir, onu yaxın dostu hesab edir. Söhbət zamanı ötən ilin sonunda Budapeştdə Zirvə toplantısı günlərində keçirilən görüşdən də bəhs olundu.

Azərbaycan Prezidenti müharibə, ölkəmizdəki vəziyyət, qaçqınların ağır şəraiti barədə cənab Butros Qaliyə ətraflı söhbət açdı və BMT-nin təşkilatları vasitəsilə Azərbaycana göstərilən humanitar yardımlar üçün Baş katibə bir daha minnətdarlığını bildirdi. Heydər Əliyev Çeçenistan hadisələri ilə əlaqədar ölkəmizin blokada şəraitinə düşməsindən də danışdı.

Görüşdə ATƏT-in sülhü mühafizə qüvvələrinin regiona göndərilməsi barədə qətnamənin yerinə yetirilməsi vəziyyətindən də bəhs olundu.

DANİMARKA AZƏRBAYCANLA ƏLAQƏLƏR

QURMAQ NİYYƏTİNDƏDİR

Azərbaycan Prezidenti Heydər Əliyevin Danimarkanın Baş naziri Pol Nirun Rassmussen ilə görüşü də maraqlı keçdi. Tərəflər belə bir yekdil fikir ifadə etdilər ki, Kopenhagen Zirvə toplantısının qərarları dünya xalqlarının sosial inkişaf problemlərinin həllində mühüm rol oynayacaq, insanların həyat səviyyəsinin yüksəlməsinə, rifahının yaxşılaşmasına təsir edəcəkdir.

Cənab Rassmussen dedi ki, Danimarka Azərbaycanla geniş əlaqələr qurmaq niyyətindədir. Onun fikrincə, iqtisadi, siyasi, mədəni və ticarət əlaqələrimizin möhkəmləndirilməsi xüsusilə vacibdir.

Prezident Heydər Əliyev respublikamızda demokratik hüquqi dövlət quruculuğu yolunda atılan addımlardan, iqtisadi islahatların həyata keçirilməsindən və bağlanmış neft müqaviləsinin xarici dövlətlərlə ölkəmizin əməkdaşlığında mühüm rolundan geniş bəhs etdi.

Görüşdə digər məsələlər də müzakirə olundu.

AVSTRİYANIN FEDERAL KANSLERİ AZƏRBAYCANA

GƏLMƏK ARZUSUNDADIR

Azərbaycanla Avstriya arasında əlaqələrin qədim tarixi vardır və bu əlaqələrin davam etdirilməsi hər iki ölkə üçün çox faydalı olardı. Bu fikir Azərbaycan Prezidenti Heydər Əliyev ilə Avstriya Respublikasının federal kansleri Frans Vranitskinin görüşündə söylənildi.

Prezident Heydər Əliyev Frans Vranitski ilə görüşündən məmnun qaldığını qeyd etdi və dedi ki, Azərbaycan dünyanın bütün ölkələri ilə, o cümlədən Avstriya ilə sıx əlaqələr qurmağa böyük əhəmiyyət verir. Heydər Əliyev Frans Vranitskinin Azərbaycana rəsmi səfərə gəlmək niyyətini yüksək qiymətləndirdi və onu ölkəmizə dəvət etdi.

Frans Vranitski də Heydər Əliyevi öz ölkəsinə rəsmi səfərə dəvət etdi.

İMKANLARDAN İSTİFADƏ OLUNMALIDIR

Neft hasilatı, neftayırma, elektronika və kənd təsərrüfatı məhsullarının emalı sahəsində Azərbaycanla Malayziya arasında əməkdaşlıq üçün geniş imkanlar vardır və bütün bunlardan səmərəli istifadə edilməsi hər iki ölkə üçün faydalı olar. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Kopenhagendə Malayziyanın Baş naziri doktor Mahatir Mohəmməd ilə görüşündə bu barədə söhbət açdı.

Doktor Mohəmməd Heydər Əliyev ilə görüşündən məmnun qaldığını bildirdi və dedi ki, dövlət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili ölkələrimiz arasındakı münasibətləri genişləndirmək üçün mühüm rol oynayar.

Görüşdə bir çox digər məsələlər barədə də söhbət aparıldı. Malayziyanın Baş naziri Prezident Heydər Əliyevi öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Azərbaycan Prezidenti də doktor Mohəmmədi ölkəmizə rəsmi səfərə dəvət etdi.

KRALİÇA AİLƏSİ İLƏ TANIŞLIQ

Martın 11-də Azərbaycan Pezidenti Heydər Əliyev Dnimarka kraliçası II Marqret və onun ailə üzvləri ilə görüşdü. Kraliça Prezident Heydər Əliyevi mehribanlıqla salamladı, dünya siyasətində böyük nüfuzu olan belə bir şəxsiyyətlə görüşündən məmnun qaldığını bildirdi. Kraliça II Marqret zəngin təbii sərvətlərə malik olan Azərbaycan haqqında məlumatı olduğunu söylədi.

Azərbaycan Prezidenti səmimi sözlərə və bu görüşün keçirilməsinə görə kraliçaya təşəkkürünü bildirdi və onu ölkəmizə rəsmi səfərə dəvət etdi.

ZİRVƏ TOPLANTISINDA AZƏRBAYCAN PREZİDENTİNİN

ÇIXIŞI

Martın 12-də Kopenhagendə Zirvə toplantısı öz işini davam etdirdi. Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı maraqla qarşılandı. O, dünya xalqlarının sosial rifahına nail olmaq naminə razılaşdırılmış siyasət yürütmək məqsədi daşıyan bu məclisin işini yüksək qiymətləndirdi və dedi ki, dünya birliyi ilk dəfədir insanın harada yaşamasından, hansı irqə və dinə mənsub olmasından asılı olmayaraq onun həyatının sosial şəraitinə görə kollektiv məsuliyyət daşıdığını nümayiş etdirir.

Azərbaycan rəhbəri respublikamızda demokratik hüquqi dövlət quruculuğu və mükəmməl bazar islahatları həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs etdi. Daha sonra Prezident Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsinin işğal altında olmasından, bir milyondan çox azərbaycanlı qaçqının ağır vəziyyətdə yaşamasından söhbət açdı. Heydər Əliyev müharibə nəticəsində ölkəmizin iqtisadi cəhətdən ağır vəziyyətə düşməsindən, əhalinin böyük bir hissəsinin həyat səviyyəsinin aşağı səviyyədə olmasından da danışdı və BMT-nin yüksək səviyyəli məclisinin tribunasından beynəlxalq birliyi Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması sahəsində səyləri gücləndirməyə çağırdı. Prezident dedi ki, Ermənistan Respublikası BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan Silahlı Qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə hələ də məhəl qoymur.

Azərbaycan Prezidenti sosial inkişaf vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar bir sıra dəyərli fikirlər irəli sürdü.

Heydər Əliyevin çıxışı böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı. Biz “Bella sentr”də mətbuat nümayəndələri üçün ayrılan salonlarda dünya ölkələri jurnalistlərinin də Heydər Əliyevin çıxışına necə böyük maraq göstərdiyinin şahidi olduq.

İON İLİYESKU AZƏRBAYCANI DOST ÖLKƏ

HESAB EDİR

Azərbaycan Prezidenti Heydər Əliyev ilə Rumıniya Prezidenti İon İliyesku bir sıra beynəlxalq tədbirlərdə görüşmüşlər. Kopenhagendə keçirilən görüş də yaddaqalan oldu. Cənab İliyesku Heydər Əliyevlə hər görüşündən çox məmnun olduğunu söyləyərək, Azərbaycanı dost ölkə hesab etdiyini xüsusi vurğuladı.

Mehribanlıq şəraitində keçən görüşdə ölkələrimiz üçün xüsusi maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Tərəflər əvvəlki görüşlərində qaldırdıqları məsələlərin reallaşdırılması ilə bağlı görülən işlərdən bəhs etdilər və belə bir yekdil fikir söylədilər ki, əməkdaşlığın möhkəmləndirilməsi üçün daha konkret addımlar atılmalıdır.

GÖRÜŞLƏR, SÖHBƏTLƏR, DANIŞIQLAR

Azərbaycan Prezidenti Heydər Əliyev ilə Polşa dövlətinin başçısı Lex Valensanın görüşü də maraqlı keçdi. Polşa Prezidenti Azərbaycan rəhbəri Heydər Əliyevi hərarətlə salamladı və ölkəmizlə əlaqələrə xüsusi maraq göstərdiyini vurğuladı. O, Azərbaycanın müharibə şəraitində yaşamasından və bununla əlaqədar yaranmış çətinliklərdən müəyyən qədər xəbərdar olduğunu bildirdi.

Heydər Əliyev Ermənistanın Azərbaycana təcavüzünün əsl mahiyyətini Polşa Prezidentinə hərtərəfli izah etdi, torpaqlarımızın bir hissəsinin işğal altında olmasından və qaçqınların ağır şəraitdə yaşamasından söhbət açdı.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə hər iki tərəfi maraqlandıran bir sıra konkret məsələlərə də toxunuldu.

X X X

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə Ermənistan Respublikasının Prezidenti Levon Ter-Petrosyan arasında Kopenhagendə keçirilən qısa görüşdə münaqişə zonasında atəşkəs rejiminin davam etdirilməsinin vacibliyi qeyd edildi.

Dövlət başçıları hərbi münaqişənin sülh yolu ilə həlli imkanlarının axtarışı, böyük sülh sazişinin tezliklə hazırlanıb imzalanması məsələləri barədə fikir mübadiləsi apardılar.

X X X

Azərbaycan rəhbəri Heydər Əliyev Kopenhagendə Rusiya Federasiyasının Baş naziri Viktor Çernomırdinlə də görüşdü. Görüşdə Çeçenistan hadisələrindən sonra Azərbaycanın blokada şəraitində olmasından söhbət açıldı. Heydər Əliyev ölkələrimiz arasındakı sərhədlərin və nəqliyyat kommunikasiyalarının tezliklə açılmasının zəruriliyinə toxundu və qeyd etdi ki, indiki vəziyyət Azərbaycanla Rusiya arasında ticarət-iqtisadi əlaqələrin inkişafına ciddi maneə törədir.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair sülh danışıqlarının fəallaşdırılması və digər məsələlərin müzakirəsinə də geniş yer verildi.

X X X

Azərbaycan dövlətinin başçısı Heydər Əliyev Filippin Respublikasının Prezidenti Fidel Rames ilə Kopenhagendə keçirdiyi görüşdə bu ölkənin son dövrlərdə əldə etdiyi nailiyyətləri diqqətlə izlədiyini vurğuladı.

Fidel Rames Heydər Əliyevə dərin hörmət bəslədiyini qeyd etdi. O, Azərbaycan Prezidentini öz ölkəsinə rəsmi səfərə dəvət etdi və Filippində baş verən dəyişikliklər, aparılan islahatlar barədə danışdı.

Heydər Əliyev onun haqqında deyilən xoş sözlərə görə Filippin Prezidentinə öz təşəkkürünü bildirdi, ölkəmizdə gedən müharibə, sosial-iqtisadi vəziyyət haqqında Fidel Ramesə geniş söhbət açdı və onu Azərbaycana rəsmi səfərə dəvət etdi.

X X X

Martın 12-də Heydər Əliyevlə Küveyt Dövlətinin əmiri şeyx Cabir Əhməd Sabahın (Caber əl-Əhməd əl-Caber əl-Sabah ? ) görüşü də çox səmərəli oldu və mehribanlıq, dostluq şəraitində keçdi.

Şeyx Cabir Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması ilə əlaqədar beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrin yerinə yetirilməsi vəziyyəti ilə maraqlandı.

Azərbaycan Prezidenti bu barədə ətraflı söhbət açdı, ölkəmizdəki qaçqınların məhrumiyyətlər içərisində yaşaması barədə məlumat verdi. Sonra Heydər Əliyev Azərbaycanın zəngin neft və qaz yataqlarının olması və Qərbin aparıcı neft şirkətləri ilə müqavilə bağlaması barədə söhbət açdı.

Görüşdə hər iki ölkəni maraqlandıran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı. Heydər Əliyev şeyx Cabiri Azərbaycana rəsmi səfərə dəvət etdi. Küveyt dövlətinin əmiri də Azərbaycan Prezidentini öz ölkəsinə rəsmi səfərə dəvət etdi.

X X X

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Kopenhagendə Suriya Ərəb Respublikasının xarici işlər naziri Faruq Şəraanı (Faruq əl-Şəfa ? ) onun xahişi ilə qəbul etdi. F.Şəraa Suriya Prezidenti Hafiz Əsədin salamını Azərbaycan Prezidentinə çatdırdı.

Heydər Əliyev bu görüşdən məmnun qaldığını bildirdi, onun da salamını, hörmət və ehtiramını Prezident Hafiz Əsədə yetirməyi xahiş etdi.

X X X

Martın 12-də Azərbaycan rəhbəri Heydər Əliyev Qayana Respublikasının Prezidenti doktor Çeddi Caqan (Çeddi Çaqan ? ) ilə də görüşdü. Söhbət zamanı ölkələrimiz arasında əlaqələr qurulması imkanları nəzərdən keçirildi.

Doktor Çeddi Caqan Qayanaya azərbaycanlı mütəxəssislər, alimlər, ziyalılar göndərilməsinə kömək etməyi Azərbaycan Prezidentindən xahiş etdi. O dedi ki, onların zəngin təcrübəsindən istifadə edərək, yerli mütəxəssislər hazırlanmasına bizim ciddi ehtiyacımız vardır.

Azərbaycan Prezidenti Qayana Prezidenti ilə görüşündən razı qaldığını bildirdi və onun qaldırdığı məsələlərin nəzərdən keçiriləcəyini söylədi.

MƏTBUATIN DİQQƏT MƏRKƏZİNDƏ

Azərbaycan Prezidenti Heydər Əliyevin Kopenhagen Zirvə toplantısında iştirak etdiyi günlərdə dünyanın əksər ölkələrinin jurnalistləri onunla görüşməyə, müsahibələr almağa, hətta yüksək səviyyəli bu tədbirin nəticələri və ümumiyyətlə, dünya xalqlarını maraqlandıran bir sıra problemlər barədə onun fikrini öyrənməyə can atdılar.

Yeri gəlmişkən onu da deyək ki, Heydər Əliyevin Kopenhagendə keçirdiyi görüşlər bir çox dövlətlərin informasiya vasitələri tərəfindən operativ işıqlandırılırdı. Prezidentimizin müxtəlif ölkələrin jurnalistlərinə verdiyi müsahibələr böyük maraq doğurdu.

MÜHÜM SƏNƏDLƏR QƏBUL OLUNDU

Kopenhagen Zirvə toplantısı martın 12-də öz işini başa çatdırdı. Yüksək səviyyəli görüşdə sosial inkişaf naminə bəyannamə qəbul edildi və fəaliyyət proqramı təsdiq olundu. Sosial inkişaf naminə ümumdünya görüşünün dövrümüz üçün nadir bir hadisə olduğu qeyd edilən proqramda Azərbaycanın sosial problemləri də öz əksini tapmışdır.

Toplantıda qəbul olunmuş bəyannamədə göstərilir ki, sosial inkişafa çağırış uzunmüddətli sosial tarazlıq üçün yeni bazadır. Bu, sosial inkişaf üçün şərait yaradılmasından, sosial ədalət üçün təsirli strateji xətt seçilməsindən ötrü dünya ictimaiyyəti üçün mühüm amildir.

SƏFƏR BAŞA ÇATDI

Azərbaycan Prezidentinin Kopenhagenə səfəri martın 12-də başa çatdı. Heydər Əliyevin Danimarkaya səfəri, ümumdünya Zirvə toplantısında iştirakı, orada keçirdiyi görüşlər, apardığı danışıqlar, söhbətlər ölkəmiz, xalqımız üçün böyük əhəmiyyətə malikdir və bütün bunlar Azərbaycan dövlətinin xarici siyasətinin yeni uğurlarıdır.

Respublika Prezidenti Heydər Əliyev Danimarkaya səfərini başa çatdırdıqdan sonra martın 13-nə keçən gecə Vətənə qayıtdı. Azərbaycan Prezidentini bu səfərdə xarici işlər naziri Həsən Həsənov və digər rəsmi şəxslər müşayiət edirdilər.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bakı-Kopenhagen-Bakı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikilini söküb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1024-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

“Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xarici ölkələrə göndərilən Azərbaycan Respublikası vətəndaşlarının sayı və tərkibi haqqında” 1 №-li (emiqrasiya) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 26 sentyabr tarixli 73/6 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

“Dəniz limanlarının işi haqqında” 12-liman №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi və “Dəniz limanlarında yüklərin yüklənməsi-boşaldılması, hərəkəti, mövcudluğu (qalığı) və baş vermiş qəzalar haqqında” 9 №-li (liman) aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 9 aprel tarixli 29/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 13 yanvar tarixli 2/18 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kamran İmanov: Azərbaycan xalqının atalar sözlərini ermənilər öz nümunələri kimi təqdim edirlər

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

Kamran İmanov: Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNƏCƏK

“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək

Goranboyda zəlzələ olub

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

Xankəndidə silah-sursat aşkarlanıb