SİYASƏT
M.Zaxarova Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin qarşıdan gələn görüşündən danışıb
Moskva, 27 aprel, AZƏRTAC
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada, brifinqdə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair qarşıdan gələn görüşündən danışıb.
Daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq, aprelin 28-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini qeyd edən M.Zaxarova deyib: “Nazirlərə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə nümayəndəsi qoşulacaqlar. Müzakirələr zamanı nizamlanmanın ən problemli aspektlərinə dair tərəflərin mövqelərini dəqiqləşdirmək və danışıqlar prosesinin gələcək modallıqları ilə bağlı müəyyənləşmək nəzərdə tutulur”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva