CƏMİYYƏT


“Maarifçi” Tələbə Kredit Fondu ilə Xəzər Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

“Maarifçi” Tələbə Kredit Fondu ilə Xəzər Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Fonddan AZƏRTAC-a bildirilib ki, tərəfdaşlığa əsasən, artıq Xəzər Universitetinin aztəminatlı ailələrindən olan tələbələr də təqdim olunan təhsil kreditlərindən faydalana biləcəklər.

Xəzər Universiteti fonda qoşulan ilk özəl universitetdir. Beləliklə, fondun əməkdaşlıq etdiyi universitetlərin sayı 11-ə çatıb.

“Maarifçi" Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilib. Tələbələr üçün yaradılmış fondun missiyası aztəminatlı ailələrdən olan gənclərə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.