CƏMİYYƏT


“Maarifçilik dövrünün pedaqoji prinsipləri: bədii təhsil və tərbiyə” mövzusunda elmi seminar

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) bu ali təhsil ocağının musiqi fənləri kafedrasının təşkilatçılığı ilə “Maarifçilik dövrünün pedaqoji prinsipləri: bədii təhsil və tərbiyə” mövzusunda elmi seminar keçirilib.

BXA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə akademiyanın musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru, professor Nailə Rəhimbəyli seminarın məqsədindən danışıb. Qeyd edilib ki, müasir pedaqogikada estetik təhsilin və tərbiyənin vəhdətdə təşkili, təlimi, ümumi pedaqoji prinsiplərin düzgün forma və metodlarından istifadəsi bu gün də aktualdır.

Tədbirdə musiqi fənləri kafedrasının müəllimi, pedaqogika elmləri doktoru, professor Tamilla Kəngərli müvafiq mövzu ilə bağlı fikirlərini bölüşüb. Pedaqoji prinsiplərin, bədii təhsil və tərbiyənin formalaşdığı dövrlərə ekskursiya edən professor bu sahədə maarifçilik, onun istinad etdiyi intibah və antik dövr nailiyyətləri barədə məlumat verib. Çex pedaqoqu, yazıçı və ictimai xadim, elmi pedaqogikanın banisi Yan Komenskinin elmi yaradıcılığına nəzər salan T.Kəngərli onun pedaqogikanın elm kimi formalaşmasındakı rolunu xüsusi vurğulayıb, bədii estetik tərbiyə, onun sistemli və ardıcıl təhsil səviyyəsinə həsr olunmuş müxtəlif elmi tədqiqatları iştirakçıların diqqətinə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.