REGİONLAR


Maarifləndirici görüşdə dövlət qurumlarının göstərdikləri  elektron xidmətlər barədə məlumat verilib

Quba, 6 iyul, Elxan Yusifli, AZƏRTAC

Qubada Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü ilə bağlı keçirilən maarifləndirici görüşdə respublikamızda dövlət qurumlarının göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı nəzəri və təcrübi məlumatlar verilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyinin “Regionlarda “Açıq hökumət” təşəbbüsü ilə bağlı məlumatlandırma” layihəsi çərçivəsində keçirilib.

Qadın Problemlərinin Tədqiqatları Mərkəzinin sədri Sevil Allahverdiyeva layihə haqqında iştirakçılara məlumat verərək bildirib ki, əsas məqsəd məlumatlandırma yolu ilə Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqinə töhfə verməkdən ibarətdir.

Daha sonra Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü Xalid Kazımov iştirakçılara Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Açıq Hökumət Tərəfdaşlığının tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Fərmanı ilə “2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı” təsdiqlənib. Prezidentin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir. Həmin istiqamətlər üzrə nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər davam etdirilir.

Daha sonra “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” haqqında iştirakçılara məlumat verən X.Kazımov fəaliyyət planında görülməsi planlaşdırılan işlərlə bağlı sualları cavablandırıb.

Sonda elektron xidmətlərdən istifadə ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.