Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Macarıstan Respublikasının Prezidenti Yanoş Aderdən

Hörmətli cənab Prezident,

Sizə və xalqınıza Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən xoş arzularımı bildirmək istərdim.

Azərbaycan iqtisadi və sosial inkişaf istiqamətində mühüm irəliləyiş əldə etmiş, geniş bir regionda lider dövlətə çevrilmişdir. Bu prosesin bundan sonra da sürəti dayandırmadan davam etməsini arzulayıram.

Macarıstanın ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafına sadiq qaldığını təsdiq etmək istərdim.

Sizə məsul dövləti fəaliyyətinizdə uğurlar və möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

Yanoş Ader

Macarıstan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin