İQTİSADİYYAT
Macarıstan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinə maliyyə dəstəyi verə bilər
Bakı, 28 iyun, Elvin Camalov, AZƏRTAC
Macarıstan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinə maliyyə dəstəyi verə bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası zamanı səsləndirilib.
İclas zamanı Macarıstan tərəfi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tikintisi layihəsinə marağını ifadə edib və layihə üzrə avadanlıq təchizatı, mühəndis xidmətlərinin və Macarıstanın EXİMBANK-ı tərəfindən maliyyə dəstəyinin göstərilməsi imkanlarının araşdırılmasına dair razılıq əldə olunub. Tərəflər həmçinin, əczaçılıq sahəsində əməkdaşlıq barədə qarşılıqlı razılıqlarını ifadə ediblər.