Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Macarıstan elm və təhsili ilə əlaqələrin yeni səhifələri

Macarıstan elm və təhsili ilə əlaqələrin yeni səhifələri

Bakı, 30 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Macarıstan Elmlər Akademiyasının (EA) dəvəti ilə bu ölkəyə səfər edərək bir sıra görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq üçün danışıqlar aparıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Macarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Lajoş Veskaşla görüşdə yeni mərhələdə Azərbaycan-Macarıstan elmi əlaqələrini sistemli şəkildə inkişaf etdirmək məsələlərindən bəhs olunub. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin adından hər iki ölkənin Elmlər Akademiyaları arasında qarşılıqlı əməkdaşlığa dair müqavilənin hazırlanması və müzakirəyə çıxarılması təklifi irəli sürülüb. Azərbaycan tərəfi bu məsələ ilə əlaqədar öz mövqeyini və təkliflərini diqqətə çatdırıb.

Lajoş Veskaş ölkəsinin Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıqda maraqlı olduğunu deyib, təklifi məmnunluqla qəbul etdiklərini bildirib. Əldə olunmuş razılığa əsasən yaxın dövr ərzində əməkdaşlıq müqaviləsində nəzərdə tutulan müddəalar üzrə tərəflər öz təkliflərini formalaşdırıb qarşılıqlı şəkildə müzakirə edəcək və bunun əsasında elmi əlaqələrin təşkili haqqında müqavilə hazırlanacaq.

Macarıstan EA-nın Humanitar Tədqiqatlar Mərkəzində aparılan danışıqlarda ictimai və humanitar elmlər istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. Birgə elmi tədqiqatların aparılması, ölkələr arasında ədəbi-mədəni əlaqələrin öyrənilməsi, qarşılıqlı maraq doğuran zəruri elmi və bədii əsərlərin tərcümə edilərək nəşr olunması, kitabların və elmi jurnalların mübadiləsi ilə bağlı ilkin razılaşmalar əldə olunub.

Akademik İsa Həbibbəyli görkəmli macar yazıçı-dramaturqu İmre Madaçın “İnsanın faciəsi” mənzum dramatik poemasının Azərbaycan dilində nəşrini Macarıstan tərəfə təqdim edib. Macarıstan EA-nın Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri, akademik Fodor Pal macar ədəbiyyatının klassiki İmre Madaçın dünya şöhrəti qazanmış əsərinin Azərbaycan dilinə tərcümə olunmasına və kitaba yazılmış müqəddimədə Azərbaycan-macar ədəbi əlaqələrinin geniş elmi mənzərələrinin yaradılmasına görə minnətdarlığını bildirib. Görüşdə Azərbaycan və macar ədəbiyyatlarının tarixi haqqında yazılmış ümumiləşmiş bir əsərin hər iki dilə tərcümə edilib nəşr olunması qərara alınıb.

Macarıstan EA-nın Ədəbiyyat İnstitutunda keçirilən görüşdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə əlaqələrin perspektivləri müzakirə olunub. İnstitutun direktoru, professor Qabor Keçskemeti macar ədəbiyyatında Azərbaycan mövzusuna dair maraqlı faktları diqqətə çatdırıb. Azərbaycan və macar ədəbiyyatlarının tarixi haqqında ümumiləşmiş kitabların tərcümə edilməsi və nəşr olunmasına dair konkret razılıq əldə olunub.

Macarıstan EÖTVOS Lorand Universitetinin Türkologiya Mərkəzində keçirilən görüşdə dilçilik istiqamətində qarşıda duran vəzifələrdən söhbət açılıb, kitab mübadiləsi aparılıb.

Vaxtilə akademik Georq Hazainin qurucu rektoru olduğu Andras Universitetində görkəmli alim və böyük ictimai xadimin xatirəsinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib. Dünyanın bir çox ölkələrindən gəlmiş elm adamlarının iştirak etdiyi beynəlxalq elmi konfransı Andras Universitetinin rektoru, professor Dietmar Meyer açıb. Macarıstan EA-nın həqiqi üzvü Miklos Marothi böyük macar alimi, akademik Georq Hazai haqqında elmi məruzə ilə çıxış edib. Beynəlxalq elmi konfransda Berlin Universitetinin professoru Barbara Kellnev-Heinkele, İstanbul Şəhər Universitetindən professor Xədicə Aynur, Macarıstan EA-nın müxbir üzvü İstvan Vasari, Macarıstan EA-nın Humanitar Elmlər Mərkəzinin direktoru, professor Pal Fodor, Budapeşt Elte Universitetindən professor Yanoş Hovari, Budapeşt Avropa Universitetinin professoru Günhan Börekçinin məruzələrində şərqşünaslıq və türkologiya elmlərinin aktual məsələlərindən bəhs olunub, həmin istiqamətlər üzrə akademik Georq Hazainin rolu və xidmətləri ehtiramla yad edilib.

Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Əhməd Cavad Açar böyük türkoloq alim Georq Hazainin Türkiyə elmi ictimaiyyəti ilə geniş əlaqələrindən danışıb, Macarıstanla əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirib.

İsa Həbibbəyli görkəmli macar alimi Georq Hazaini Azərbaycan xalqının böyük dostu kimi səciyyələndirərək onun ölkəmizə səfərlərindən, elm adamları ilə əlaqələrindən bəhs edib. Qeyd olunub ki, akademik Georq Hazainin 2014-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyində iştirakı və çıxışı, ədəbiyyatçı və dilçi alimlərlə görüşləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasına və Naxçıvan Dövlət Universitetinə hədiyyə etdiyi 2000-dən çox kitab Azərbaycan-Macarıstan elmi əlaqələrinin qiymətli səhifələrini təşkil edir. Vurğulanıb ki, Azərbaycan alimlərinin akademik Georq Hazai ilə başlanan elmi əlaqələri bundan sonra Macarıstan Elmlər Akademiyası ilə əlaqələr miqyasında genişləndiriləcək və davam etdiriləcək.

Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının yenicə nəşr etdiyi “Macar türkologiyası, Georq Hazai və Azərbaycan” kitabını və xatirə hədiyyələrini beynəlxalq elmi konfransın təşkilatçısı olan Andras Universitetinin rəhbərliyinə təqdim edib.

Azərbaycan nümayəndə heyəti Georq Hazainin uzun illər yaşadığı evdə onun zəngin kitabxanası əsasında yaradılmış mənzil-kitabxananın açılışı mərasimində də iştirak edib. Yeni kitabxanaya AMEA-da nəşr edilmiş kitablar hədiyyə olunub.

Akademik Georq Hazainin uzun illər yaşadığı evdə xatirə barelyefinin açılışı mərasimində də Azərbaycan heyəti iştirak edib. Xatirə lövhəsinin önünə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyası adından əklillər qoyulub.

Macarıstan Elmlər Akademiyasında, Humanitar Tədqiqatlar Mərkəzində, EÖTVOS Lorand Universitetində keçirilən görüşlərdə, Andras Universitetində təşkil olunmuş konfransda Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyev iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir