MƏDƏNİYYƏT


Macarıstan və Azərbaycan arasında mədəni əlaqələr müzakirə edilib

A+ A

Bakı, 25 yanvar, AZƏRTAC

Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevlə görüşən qonağa teatr haqqında məlumat verilib.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə olunub.

Görüş zamanı qarşılıqlı ikitərəfli mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib.

Söhbətdə hər iki ölkənin dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor, rəssam, baletmeyster və aktyorların müvafiq olaraq Azərbaycana və Macarıstana dəvət edilərək səhnə əsərlərinə quruluş verilməsi ilə yanaşı, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.