İDMAN


Macarıstan yığmasının qapıçısı millidəki karyerasını başa vurub

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Futbol üzrə Macarıstan yığmasının qapıçısı Qabor Kiray millidəki karyerasını başa vurub.

AZƏRTAC xəbər verir ki, 40 yaşlı qolkiper İsveçlə yoxlama görüşündə millidəki son oyununu keçirib. 1998-ci ildən Macarıstan millisində 108 oyunda meydana çıxan Kiray yığmada ən çox görüş keçirən futbolçudur.

Qeyd edək ki, "Avro-2016"da iştirak edən Q.Kiray Avropa çempionatlarının final tarixinin ən yaşlı futbolçusu olub. O, hazırda Macarıstanın "Haladaş" klubunda çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.