DÜNYA
Macarıstanda qaçqınlar barədə yeni qanun qəbul edilib
Budapeşt, 28 mart, AZƏRTAC
Bu gün Macarıstanda qaçqınlar haqqında qanuna düzəlişlər qüvvəyə minir. Bundan sonra Macarıstan hökumətindən sığınacaq istəyən miqrantlar ölkənin Serbiya sərhədində iki düşərgədə yerləşdiriləcək. Yeni qərar Macarıstana böyüklərin müşayiəti olmadan gəlmiş 14-18 yaşında yeniyetmələrə də aiddir. Hökumət orqanları sığınacaq haqqında qərar qəbul edənədək onlar həmin düşərgələrdən birində qalmalıdır.
Müvafiq qanun Macarıstan parlamenti tərəfindən martın 7-də qəbul olunub və hüquq müdafiə təşkilatları, habelə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən kəskin tənqid edilib. “Human Rights Watch” (HRW) təşkilatı Avropa Şurasını Budapeştə təsir göstərməyə çağırıb. HRW-nin bəyanatında deyilir: “Macarıstan hökumətinin potensial qaçqınlara münasibətindən söhbət gedərkən Avropa İttifaqı çox qətiyyətsiz hərəkət edib”. Təşkilatın fikrincə, Avropa İttifaqının digər ölkələri də Macarıstan təcrübəsini tətbiq etməyə başlayıblar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]