RƏSMİ SƏNƏDLƏR


Macarıstanın Baş naziri Viktor Orbandan

A+ A

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

İcazə verin, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizə təbriklərimi çatdırım.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iyirmi beş il ərzində Sizin ölkə əhəmiyyətli sosial və iqtisadi dəyişikliklərlə üzləşib. Azərbaycan bu dəyişikliklər nəticəsində əldə etdiyi nailiyyətləri ilə haqlı olaraq Cənubi Qafqaz regionunda aparıcı ölkə kimi tanınır.

Mən məmnuniyyətlə bildirirəm ki, bizim ikitərəfli münasibətlərimiz təkcə dostluq xüsusiyyətləri ilə xarakterizə olunmur, həmçinin strateji səviyyədə inkişaf edib.

Hörmətli cənab Prezident, icazə verin, Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayım.

Səmimiyyətlə,

 

Viktor Orban

Macarıstanın Baş naziri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır