RƏSMİ SƏNƏDLƏR


Macarıstanın Baş naziri Viktor Orbanın xanımı Aniko Levaidən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Hörmətli Birinci vitse-prezident.

İcazə verin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edim.

Son vaxtlar Macarıstanda gördüyünüz əvəzolunmaz işlərə görə biz Sizə çox minnətdarıq. Sizin yüksək səyləriniz sayəsində kor körpələr üçün Laslo Batyani adına Roman Katolik Baxım Evində görmə qabiliyyəti zəif olan uşaqların gündəlik həyatı asanlaşmışdır. Mən çox məmnunam ki, bizim görüşmək və şəxsən bir-birimizlə tanış olmaq imkanımız olub. Əminəm ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsini dəstəkləməyə davam edəcəksiniz.

İcazə verin, məsul dövləti vəzifənizdə Sizə ürəkdən uğurlar, daha səmərəli fəaliyyət və möhkəm cansağlığı arzulayım. Mən qəti əminəm ki, mart ayında Bakıya səfərim zamanı Sizə səmimi təbriklərimi şəxsən çatdıra biləcəyəm.

Səmimiyyətlə,

 

Aniko Levai

Macarıstanın Baş naziri Viktor Orbanın xanımı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin