DÜNYA
Macarıstanın xarici işlər naziri həlak olanların sayını açıqlayıb
Budapeşt, 24 yanvar, AZƏRTAC
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto İtaliyada içərisində macarıstanlı uşaqlar olan avtobusda yanğın nəticəsində zərər çəkənlərin sayı haqqında mətbuata açıqlama verərək deyib: “Avtobusun içərisində Macarıstan vətəndaşları olan 54 sərnişin və 2 sürücü olub. Sərnişinlərdən 43-ü uşaq, 11-i yaşlı imiş. Rəsmi məlumata görə, qəza nəticəsində 16 adam həlak olub, 6 nəfər yaralanıb, o cümlədən 2 nəfərin vəziyyəti ağırdır”.
Nazir bildirib ki, İtaliyanın hakimiyyət orqanları şahidlərin ifadələrini alıblar
Uğursuz avtobusdakı sərnişinlərin bir hissəsi artıq ötən gecə evə çatıblar.
P.Siyyarto macarıstanlı şagird, valideyn və müəllimlərin həlak olması ilə əlaqədar bir sıra ölkələrin başsağlığı verməsi barədə məlumat verib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]