DÜNYA


Madaqaskarda avtobus qəzası nəticəsində 34 nəfər ölüb

Bakı, 1 avqust, AZƏRTAC

Madaqaskarın mərkəzi hissəsində baş verən avtobus qəzası nəticəsində həlak olanların sayı 34 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə France Press agentliyi polisə və tibb işçilərinə istinadla məlumat yayıb. Polisin məlumatına görə, hadisə yerində 12 nəfərin yanmış cəsədi aşkarlanıb. Xəstəxana işçiləri isə öz növbəsində 22 nəfərin öldüyünü təsdiqləyiblər. Yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, avtobusun sürücüsü sağ qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.