ELM VƏ TƏHSİL


“Made in Azerbaijan 2017” biznes ideya müsabiqəsinin qalibləri müəyyənləşdirilib

Bakı, 25 may, AZƏRTAC

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan 2017” biznes ideya müsabiqəsinin qalibi müəyyənləşdirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin təşkilinin məqsədi Prezident İlham Əliyevin 2016-cı il yanvarın 18-də “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.

Biznes ideyalar hazırlanarkən onların Sərəncama və müsabiqənin missiyasına uyğunluğu, layihənin daxili bazarda tətbiqinin reallığı, sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı, aktuallığı və kreativliyi nəzərə alınıb.

Müsabiqədə altı universitetin 34 tələbəsi iştirak edib. Ekspert Şurası təqdim edilən 34 biznes ideyanı dəyərləndirərək altı finalçını müəyyənləşdirib.

“Made in Azerbaijan 2017” müsabiqəsinin final mərhələsində altı finalçı biznes ideyalarını münsiflər heyəti qarşısında nümayiş etdirib.

Qaliblər mükafatlandırılıblar.

Finalçılara biznes ideyalarına görə “Kapital Bank”ın xüsusi hədiyyələri verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.