SİYASƏT


Madrid Klubunun növbəti illik toplantısı Qəbələdə keçiriləcək

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Dekabrın 7-8-də Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Madrid Klubunun növbəti illik toplantısı keçiriləcək. Beynəlxalq musiqi festivallarına və müxtəlif mədəni tədbirlərə ev sahibliyi edən, Azərbaycanın turizm şəhəri kimi tanınan Qəbələ artıq dünyanı narahat edən problemlərin müzakirə olunduğu, siyasi diskussiyaların aparıldığı mərkəzə çevrilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 100-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı Qəbələdə toplaşacaq.

Qeyd edək ki, Madrid Klubu özündə 56 ölkədən 80 sabiq prezident və baş naziri birləşdirən nüfuzlu beynəlxalq siyasi təşkilatdır. Qurumun məqsədi demokratiyanı təşviq etmək, demokratik institutları möhkəmləndirmək, siyasi münaqişələrin həllində, böhran və böhrandan sonrakı situasiyalarda tövsiyələr verməkdir.

Madrid Klubunun Nizami Gəncəvi Mərkəzi ilə əməkdaşlığı çərçivəsində bir sıra layihələr həyata keçirilib. Klubun prezidenti, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.