DÜNYA
Madrid metrosu yüzlərlə binada çatların yaranmasına səbəb olub
Madrid, 1 dekabr, AZƏRTAC
Madrid metrosunun xətlərindən birində qatarların hərəkəti dayandırılıb. 2007-ci ildə istifadəyə verilmiş bu xəttin keçdiyi ərazidə yüzlərlə binada çatların əmələ gəldiyi bildirilir.
Mütəxəssislər hesab edirlər ki, yeraltı sular torpaq qatlarını yuyaraq aşınmaya səbəb olur. Metro tunellərinin çəkilməsi bu prosesi sürətləndirib və təhlükəli vəziyyət yaradıb.
Eyni xətdə bundan əvvəl də bu problem olub. 2011-ci və 2014-cü illərdə bu metro xətti 3 aylıq müddətə bağlanıb və fəsadlar aradan qaldırılıb. Məsələ ilə bağlı İspaniya Sosialist Partiyası hökumətdən bu xəttin tikintisi və təmirinə xərclənmiş maliyyə vəsaiti ilə bağlı yoxlamanın aparılmasını tələb edib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]