DÜNYA
Madriddə Suriyaya hərbi müdaxilə əleyhinə mitinq keçirilib
Madrid, 29 noyabr, AZƏRTAC
İspaniyanın paytaxtında “Bizim adımızdan olmasın” şüarı altında mitinq keçirilib. Sol siyasi təşkilatların təşkil etdiyi mitinqə 5 min nəfərin toplaşdığı bildirilir.
İştirakçılar müharibə əleyhinə şüarları səsləndirərək Suriya ərazisinin bombardman olunmasına qarşı çıxış ediblər. Mitinqin qətnaməsində bildirilir ki, hərbi müdaxilə, bombardmanlar dünyaya sülh gətirə bilməz.
Etirazçılar dünyanın hegemon dövlətlərini aqressiv xarici siyasət yürütməkdə ittiham ediblər. Qətnamədə onların bu fikri də yer alır: “Biz terrorizmə, islamofobiyaya, müharibəyə qarşıyıq. Bunlar bizim adımızdan olmasın!”.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]