MƏDƏNİYYƏT


Maestro Niyazinin xatirəsi anılıb

Bakı, 2 avqust, AZƏRTAC

Bu gün Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları və C.Nehru beynəlxalq mükafatı laureatı maestro Niyazinin vəfatından 33 il ötür.

AZƏRTAC xəbər verir ki, avqustun 2-də bu münasibətlə sənətkarın mənzil-muzeyində tədbir keçirilib. Əvvəlcə maestronun yaradıcılığını əks etdirən və muzeyin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova Niyazinin musiqi tariximizdəki mövqeyindən, orijinal yaradıcılığından və fitri istedadından söz açıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan dirijorluq məktəbinin formalaşmasında, milli simfonizmin təşəkkülü və inkişafında maestronun böyük əməyi olub. Niyazi Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada təbliğində mühüm işlər görüb, habelə Qərb və rus bəstəkarlarının əsərlərinə eyni dərəcədə professionallıqla dirijorluq edib.

Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova “Niyazi yaradıcılığında kino musiqisi” mövzusunda çıxış edib.

Tədbir çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Ülviyyə Hacıbəyova tərəfindən maestronun əsərləri səsləndirilib.

Sonda qonaqlar Niyazinin bəstəkarı olduğu “Fətəli xan” filminə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.