MƏDƏNİYYƏT


Maestro Niyazinin xatirəsi anılıb

A+ A

Bakı, 19 avqust, Flora Şükürova, AZƏRTAC

Avqustun 19-də görkəmli dirijor, Xalq Artisti, dövlət və beynəlxalq mükafatlar laureatı maestro Niyazinin anadan olmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Niyazinin ev-muzeyində baş tutan tədbirdə bir sıra mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Əvvəlcə sənətkarın həyat və yaradıcılığını əks etdirən və muzeyin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş olunub.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış edərək görkəmli dirijorun keçdiyi ömür yolundan bəhs edib.

Sənətkarın Azərbaycan musiqi tarixindəki rolundan söz açan A.Bayramova maestronun orijinal musiqi mədəniyyəti və fitri istedadının mükəmməlliyindən danışıb.

Xalq Artisti, xanəndə Canəli Əkbərov çıxış edərək görkəmli dirijorun böyük ifaçılıq məktəbinin yetişməsində və simfonizmin təşəkkülü və inkişafındakı xidmətlərindən söz açıb.

Bildirilib ki, Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq sənəti olub. Lakin o, bəstəkar kimi bir sıra simfonik əsərlər, kinofilmlərə, dram tamaşalarına musiqilər, romanslar yazmış, Z.Hacıbəylinin “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Arşın mal alan” və s. əsərlərinin yeni ruhda hazırlayıb, bir çox Azərbaycan xalq mahnılarını simfonik orkestr üçün işləyib, “Rast” və “Şur” muğamlarını nota salıb.

Çıxışlarda vurğulanıb ki, onun əbədiyaşar sənət naminə çəkdiyi zəhmətlər layiqincə qiymətləndirilib. Ən yüksək mükafatlara layiq görülüb.

Daha sonra tədbirin bədii hissəsində qonaqlara Niyazinin və digər Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Ülviyyə Hacıbəyovanın repertuarında bir sıra klassik musiqi nömrələri səsləndirilib.

Konsert proqramı maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.